Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Təqsirləndirilən şəxsin qulağı kəsilib


-

Vəkil Elmar Süleymanov aprelin 10-da Nərimanov rayon məhkəməsində qəribə hadisə ilə qarşılaşdığını deyir. Vəkil müdafiə etdiyi şəxsin - Hünər Cəfərovun halının özündə olmadığını görüb. Hakim Turqay Hüseynov da müttəhimdən nə baş verdiyini soruşub:

“Hakim soruşdu ki, “nə olub?” Prokuror da dedi ki, qulağı kəsilib. Əvvəlcə inanmadıq. Sonra baxıb gördüm ki, sağ qulağının üst tərəfi yoxdur. Ya bıçaqla, ya da ülgüclə kəsilmişdi. Ancaq yara bağlanmışdı. Yəqin ki, 3-4 gün bundan əvvəl olub. Çünki aprelin 2-də mən onunla görüşəndə belə şey yox idi. Soruşdular ki, bunu kim eləyib? Dedi bilmir”.

33 yaşlı Hünər Cəfərov bu ilin martında narkotik maddə satışı ittihamı ilə tutulub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

Aprelin 10-da keçirilən məhkəmə prosesi isə vəkilin müdafiə etdiyi şəxslə görüşə icazə verilməməsindən şikayətlə bağlı olub.

Elmar Süleymanov müdafiə etdiyi şəxsin başına gələnlərlə bağlı Ombusdmana şikayət edib. Ombudsman Aparatından Hünər Cəfərovla görüşəcəklərinə söz veriblər.

AzadlıqRadiosu məsələ ilə bağlı Penitensiar Xidmət İdarəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxlasa da, mətbuat xidmətindən zəngləri cavablandıran olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG