Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:19

İntiqam Əliyev: «Prosesi yekunlaşdırın, çıxım gedim evimə-eşiyimə»


İntiqam Əliyev: «Prosesi yekunlaşdırın, çıxım gedim evimə-eşiyimə»
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

İntiqam Əliyev: «Prosesi yekunlaşdırın, çıxım gedim evimə-eşiyimə»

-
«Mən prosesin tezliklə yekunlaşmasını istəyirəm. Hökm bəllidir. Sizin də işiniz çoxdur. Siz gedin, işinizi davam etdirin. Mən də çıxım gedim evimə-eşiyimə».

İntiqam Əliyevin hakimə bu müraciəti zaldakıların təbəssüm və alqışları ilə qarşılandı.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin növbəti məhkəmə prosesi aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.

«VİCDANLI İNSANLARIN EVİ İNDİ HƏBSXANADIR»​

İntiqam Əliyev hakim və dövlət ittihamçısını prosesi qəsdən uzatmaqda ittiham edib. Zaldakıların sevincinə səbəb olan “çıxım gedim evimə-eşiyimə” fikrinə isə sonra belə aydınlıq gətirib:
“Evim-eşiyim deyəndə öz evimi nəzərdə tutmuram. Yəni o qədər də sadəlövh deyiləm. İndi vicdanlı insanların evi həbsxanadır. Çıxım gedim dostlarımın yanına”.

Proses şahid Gülyanə Həbibovanın dindirilməsiilə başlayıb. Gülyanə Həbibova deyib ki, Hüquq Maarifçıliyi Cəmiyyətində 3 ay mühasib kimi çalışıb və bu müddət ərzində maddi vəsaitlər təyinatı üzrə xərclənib. O, bildirib ki, donor təşkilatlar qrant vəsaitlərinin xərclənməsi ilə bağlı şikayətçi olmayıblar.

MÜSTƏNTİQİN QƏZƏBİNƏ TUŞ GƏLƏN VƏKİLLƏR

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb ki, bundan öncəki proseslərin birində müdafiə tərəfinin vəsatəti əsasında şahidlər siyahısından çıxarılan bir neçə vəkilin şahid kimi dindirilməsi təmin olunsun. Söhbət Fariz Namazlı, Anar Qasımlı, Əlaif Həsənov və Adil İsmayılovdan gedir.

İntiqam Əliyev bildirib ki, bu insanlar onun dostlarıdır və onların dindirilməsindən qətiyyən çəkinmir. Sadəcə yeganə narahatçılıq doğuran məqam prosesin uzanması ilə bağlıdır:

“Bu insanlar mən həbs olunanda mənim vəkillərim olublar. İstintaq vaxtı qanunsuz hərəkətlərə etiraz edəndə müstəntiqin acığına tuş gəliblər. Müstəntiq onlara dedi ki, “görün sabah başınıza nə oyun açacam”. Sonra da araşdırıb çıxardılar ki, hansısa layihələr çərçivəsində onlara da ödəmələr olub. Bununla da onları mənim vəkillim olmaqdan azad edib şahidlər siyahısına saldılar”.

Hakim dövlət ittihamçısının qaldırdığı bu vəsatəti təmin etmədi.
Bundan sonra əvvəlki proseslərdən birində qaldırılmış və baxılmamış saxlanan bir vəsatətə baxıldı. Həmin vəsatəti müdafiə tərəfi qaldırmışdı və Beynəlxalq Bankın nümayəndələrinin prosesdə dindirilməsi ilə bağlı idi.
Hakim bu vəsatəti təmin etdi və qərar verildi ki, həmin nümayəndələr məhkəməyə dəvət olunsun.

“ƏGƏR İMZA İNTİQAM ƏLİYEVİN DEYİLSƏ....”

Daha bir vəsatəti zərərçəkən Sadiq Bağırov qaldırdı. O, bildirdi ki, onun zərərçəkən kimi tanınmasının əsas səbəbi istintaqda ona göstərilmiş əmək haqqı cədvəlidir. Həmin cədvəldə göstərilir ki, Sadiq Bağırov 1200 manat əmək haqqı alıb. Amma həmin cədvəldə onun imzası yoxdur və dediyinə görə, həmin əmək haqqını almayıb:

“Məhkəmənin gedişində İntiqam Əliyev dəfələrlə iddia edib ki, həmin əmək haqqı cədvəlini o tərtib etməyib və oradakı imza da ona aid deyil. Mən məhkəmədən həmin cədvəllə bağlı ekspertiza keçirilməsini istəyirəm. Ekspertiza həmin imzanın İntiqam Əliyevə məxsus olmadığını təsdiqləsə, mənim bu işdə zərərçəkən kimi tanınmam da ləğv olunmalıdır”.

Hakim bu vəsatəti indiki mərhələdə təmin etməyib.

Növbəti proses aprelin 14-ə təyin olunub.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.
İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG