Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12

AŞPA həmməruzəçilərinin Bakı görüşləri kimləri razı, kimləri narazı salır...


Pedro Agramunt

Pedro Agramunt

.

“Həmməruzəçilərlə görüşdə onlar bizə dedilər ki, vaxtları azdır, başqa görüşə tələsirlər. Mən də etiraz etdim, bildirdim ki, bəlkə heç görüş olmasın, duraq çıxaq gedək?”

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov AŞPA həmməruzəçiləri ilə martın 2-də keçirilən görüşdən narazıdır. AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Tadeusz Iwiński Pedro Agramunt Bakıda səfərdədir. Səfər zamanı onlar rəsmilərlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə ilə görüşlər keçiriblər.

Hafiz Həsənov da həmməruzəçilərlə hüquq müdafiəçilərinin görüşündə iştirak edib. O, siyasi məhbuslardan, ümumi vəziyyətdən söhbət açıldığını bildirir. Hafiz Həsənov görüşü erkən tərk etdiyini və buna görə də geniş məlumat verə bilməyəcəyini deyir:

“45 dəqiqə gözlədəndən sonra görüşə girdik. Həmməruzəçilər dedilər ki, başqa görüşə tələsirik, vaxtları azdır. Belə deyəndə bildirdim ki, bəri başdan bəlkə heç danışmayaq, çıxaq gedək?!. Çağırmısınız, görüşü düzgün planlaşdırın. Etiraz edib yarımçıq çıxdım.”

Hafiz Həsənovun erkən tərk etdiyi görüşdə hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Hafiz Həsənov, Rəna Səfərəliyeva, Samir Kazımlı və NİDA-ın idarə heyətinin üzvü Turqut Qəmbər də iştirak edib. Görüş iştirakçılarından Rəna Səfərəliyeva da qısa məlumat verməyə üstünlük verdi:

“Ümumi QHT-lərin durumundan, işçi qurupundan danışdıq, ümumi söhbət etdik. Həmçinin, ölkədəki müasir durumdan söhbət açılıb. Həmməruzəçilərsə ümumiyyətlə heç nə danışmadılar.”

RƏSMİLƏRLƏ GÖRÜŞ
AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Tadeusz Iwiński və Pedro Agramunt martın 1-dən Bakıda səfərdədirlər. Onlar Azərbaycanın AŞ qarşısında götürdüyü 21 öhdəliyə necə əməl etməsini monitorinq edirlər.
Həmməruzəçilər artıq bəzi rəsmi dairələrlə də görüşlər keçiriblər. Martın 2-də onları prezident İlham Əliyev qəbul edib.

Onlar həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüblər. APA informasiya agentliyinin məlumatına görə Səməd Seyidov ölkədəki siyasi sabitlikdən, iqtisadiinkişafdan söz açıb, Dağlıq Qarabağ münaqişəsi prosesindəkimövcuddurumbarədə məlumat verib.

Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə həmişə böyük məsuliyyətlə yanaşıb, qurumun konvensiyalarının əhəmiyyətli bir hissəsini imzalayaraq ratifikasiya edib.

SİYASİ MƏHBUS VƏKİLLƏRİ NƏ DEYİR?
Həmməruzəçilər martın 2-də Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə, martın 3-də isə baş prokuror Zakir Qaralov və MSK sədri Məzahir Pənahovla görüşüblər.

Həmməruzəçi Tadeusz Iwiński qarşıdan gələn parlament seçkilərilə bağlı görüləcək işlərlə maraqlanıb. Sualları cavablandıran Məzahir Pənahov vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verdiyi bildirilir.
Onlar həmçinin siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərlə də söhbətləşiblər. Görüşdə iştirak edən Vəkil Fuad Ağayev bildirib ki, görüşdəhəbsdəki siyasi məhbuslardan, QHT-lərdəki vergi yoxlamalarından söz edilib:

“Bildiridim ki, İlqar Məmmədov barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı icra edilmir. Rauf Mirqədirov uzun müddətdir ki, əsasız həbsdə saxlanılır. QHT-lərin aldığı qrantları vergilər nazirliyi qeydə almır.
İntiqam Əliyev, Leyla Yunus, Xədicə İsmayıldan söz açıldı. Həmməruzəçilər də bəzi dəqiqləşdirmələr edib, qeydlər apardılar. Amma hər bir halda görüş daha səmərəli olardı o zaman ki, əvvəl bizimlə sonra dövlət başçısı ilə görüşərdilər.”

AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri martın 4-nədək Bakıda səfərdə olacaqlar.

İspaniyalı deputat Pedro Agramunt ötən ilin iyununda Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub. Bundan öncə də o, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olub.

Tadeusz Iwiński AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə yanvarın 29-da seçilib. O, bu vəzifədə Maltadan olan Joseph Greshi əvəz edib.

Həmməruzəçilər Azərbaycanın AŞ PA qarşısında öhdəliklərinin icrası vəziyyətinə dair yeni hesabat hazırlayacaqlar. Azərbaycanda bəzi qeyri-hökumət qurumları xüsusilə Pedro Agramunt-un fəaliyyətinə bir qədər bədgümanlıqla yanaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG