Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Bəxtiyar Əliyev: «Heç bir dövlət bu məsuliyyəti üzərinə götürmədi. Amma Azərbaycan...»


Bəxtiyar Əliyev

Bəxtiyar Əliyev

-

«Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı kampaniya aparanlar məqsədlərinə nail ola bilməyəcəklər». Milli Məclisin üzvü Bəxtiyar Əliyev Trend-ə belə deyib. O daha sonra bildirib:

«Azərbaycan artıq dünya siyasətində güclü bir fiqura çevrilib, nəhəng layihələri özü gerçəkləşdirir və bu gün dünya düzənində yeni bir reallığı ortaya qoyur. Bunu həzm edə bilməyən qüvvələr ilk Avropa Oyunları ərəfəsində çirkin kampaniyalar aparırlar ki, Azərbaycanın mövqelərini zəiflətsinlər, Azərbaycana qarşı etimadsızlıq yaratsınlar».

Deputatın qənaətincə, Azərbaycan bütün demokratik dəyərlərə sadiqdir: «Digər tərəfdən, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində və deməli, bütünlükdə Avropanın təhlükəsizliyi məsələsində önəmli yer tutur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu dövrdə də həyata keçirdiyi siyasətlə göstərdi ki, güclü bir dövlətdir və onunla hesablaşmaq lazımdır. Amma bunu görmək istəməyən qüvvələr, dairələr var ki, onlar Azərbaycana qarşı ikili standartların, qarayaxmaların, böhtanların həyata keçirilməsində əsas rol oynayırlar».

Bəxtiyar Əliyev bildirib ki, ilk Avropa Oyunlarının baş tutması üçün ayrılan müddət qısa olub: «Avropada heç bir dövlət bu məsuliyyəti üzərinə götürə bilmədi. Amma Azərbaycan bu məsuliyyəti üzərinə götürdü və qısa müddət ərzində çox yüksək səviyyədə hazırlıq işləri apardı. Birincisi, Azərbaycan bu Avropa Oyunlarının məsuliyyətini üzərinə götürməklə nə qədər sülhməramlı bir dövlət olduğunu bütün dünyaya göstərdi. Digər tərəfdən, idman sağlamlıq, həmrəylik, birlik, barış deməkdir. Azərbaycan bunu dünyaya nümayiş etdirdi».

Avropa Oyunları ilk dəfə bu ilin yayında Azərbaycanda keçiriləcək. Bu oyunlar ərəfəsində beynəlxalq qurumlar dünya ictimaiyyətinin diqqətini Azərbaycanda ifadə, toplaşma, seçki və başqa hüquqların pozulmasına, eləcə də siyasi məhbus probleminə çəkirlər. Ölkə rəhbərliyini üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırlar. ​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG