Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

-

«Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı, ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycan Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir».

ANS-in məlumatına görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Deputat Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiyini bildirib.

«BƏZİ EKSPERTLƏRİN FİKİRLƏRİ QƏTİYYƏN DOĞRU DEYİL»

Deputat deyir ki, ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam – «guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına gedirlər» fikri qətiyyən doğru deyil.

Zahid Oruc qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşmasını buna misal çəkib. Onun qənaətincə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi bir faktdır:

«Digər tərəfdən, 2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır. Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12 faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən «əldə olunan qazanc»dan daha böyükdür».

NİYƏ KƏSKİN DEVALVASİYA?

Zahid Oruc manatın kəskin devalvasiyasının səbəblərinə toxunaraq bildirib ki, tədrici və ya «üzən kurs» siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O, yalnız spekulyantlara və valyuta qeyri-sabitliyindən bəhrələnənlərə, valyuta müharibəsi aparanlara fayda gətirir. Deputata görə, Milli Bank indiki məqamda belə bir addım atmasaydı, qalan 12 milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda manatı rus rublunun taleyi gözləyirdi.

«ANTİBÖHRAN PROQRAMI İŞƏ SALINMALIDIR»

Zahid Oruc hökumətin atmalı olduğu addımları da qeyd edir:

«İndi hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Çünki heç bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Son addımdan sonra yaşayış minimumu və aylıq istehlak səbətinin əvvəlki vəziyyətdə qalmayacağı şübhəsizdir. Dövlət sosial ehtiyaclı insanları birmənalı müdafiə etməlidir.

Həmçinin hökumət banklarla görüşə açıq olmalı, hazırkı vəziyyəti iqtisadi və maliyyə subyektləri ilə birgə müzakirəyə qərar verməlidir.

Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması üçün gömrük rüsumları və bank stavkaları ilə də bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Mərkəzi Bank fevralın 21-dən manatın rəsmi məzənnəsini 1 dollar üçün 1.05 manat, avro üçün 1.19 manat müəyyənləşdirib. Fevralın 20-də 1 dollar 0.78 manat idi. Manatın dollara nisbətdə məzənnəsi sutka ərzində 33.5%, avroya nisbətdə 30% düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG