Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Əbdül Ədilov həbsxanada cəzalandırılıb


-

Fevralın əvvəllərində həbsdə olan bloqqer Əbdül Əbilov karserə salınıb. Bu haqda NİDA Vətəndaş Hərəkatından məlumat verilib.

Hərakatın fevralın 3-də yaydığı bəyanatda həmçinin bloggerin saxlandığı 13 saylı Cəza Çəkmə Müəssisısində (CÇM) məhbuslarla davranışa etiraz edilir.

Bəyanatda deyilir ki, Əbdül Əbilovun səhhətində yaranan problemlə maraqlanarkən hərəkat üzvləri CÇM-də məhbuslara qarşı özbaşınalıq və təzyiq hallarının olması haqda məlumat da əldə ediblər:

“İlkin olaraq Əbdül Əbilovla bağlı ictimaiyyəti məlumatlandırmaq istəyirik ki. O, digər siyasi məhbus Anar Məmmədli ilə birlikdə yemək yediyinə görə birgünlük karserə salınıb. Orada onunla kobud davranılıb, fiziki zorakılıq və təzyiq olunub. Ümumiyyətlə, 13 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbuslarla da türmə rəhbərliyi kobud davranır və müxtəlif qanunsuz qadağalar qoyub. Siyasi məhbuslara bir-biri ilə görüşməyə, söhbət etməyə, birgə yemək yeməyə imkan verilmir. Onlara bir-biri ilə görüşəcəkləri təqdirdə cəzalandırılacaqları bildirilib”,

NİDA Vətəndaş Hərəkatı Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətdən və digər aidiyyatı qurumlardan baş verənləri araşdırmağı, 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyindən məhbuslarla qeyri-insanı davranışı dayandırmağı tələb edir.

Penitensiar Xidmət bəyanatla bağlı hələlik münasibət bildirməyib. Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində məhbuslara qarşı ayrı-seçkiliyə, fiziki və mənəvi təzyiqlərə yol verilmədiyini, məhbuslarla münasibətdə hüquqi normalara əməl edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG