Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

-

Yanvarın 21-də Nizami Rayon Məhkəməsində Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı Vəkillər Kollegiyasının şikayəti üzrə hazırlıq iclası davam etdirilib. Bu haqda AzadlıqRadiosuna Xalid Bağırovun özü məlumat verib. Xalid Bağırovun sozlərinə görə, prosesdə ötən iclasda təqdim etdiyi vəsatətə baxılıb:

«Vəkillikdən uzaqlaşdırılmam üçün məhkəməyə kollegiyanın rəyasət heyəti müraciət edib. Bu isə qanunsuzdur. Çünki, belə məsələlərdə məhkəməyə müraciət rəyasət heyəti yox, kollegiyanın öz adından olmalıdır. Yanvarın 9-dakı ilk hazırlıq iclasında bununla bağlı vəsatət təqdim etmişdim. Bu günkü iclasda vəsatətə baxıldı və təmin olunmadı».

Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin olunub.

Ötən ilin dekabrında Vəkillər Kollegiyası Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair məhkəməyə müraciət edib. Xalid Bağırov məhkəmə proseslərinin birində dövlət və dövlətçiliyə qarşı çıxış etməkdə ittiham olunur. Xalid Bağırov baş verənlərin onu susdurmaq məqsədi daşıdığını deyir.

Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır. Onun müdafiə etdiyi şəxslər sırasında Arif Yunus, İlqar Məmmədov, Yadigar Sadıqlı, bəzi NİDA-çı gənclərin də adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG