Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:56

10.Kosmos-2014 Rozetta və Fila 67p/Churymov-Gerasimenko kometində


10.Kosmos-2014 Rozetta və Fila 67p/Churymov-Gerasimenko kometində
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

2014-cü ilin ən böyük kosmik hadisəsi isə sözsüz ki, Avropa Kosmik agentliyinin 10 il əvvəl fəzaya göndərdiyi "Rozetta" zondunun adı ilə bağlıdır. Ötən dövrdə Yer kürəsinin yanından 3 dəfə keçərək Günəşi də ötən "Rozetta" bizim planet sisteminin kənarında öz məqamını gözləyirdi. 2014-cü ildə kosmik qurğu alimləri dəfələrlə sevindirdi. Ötən ilin yanvarında proqramlaşdırılmış qaydada "yuxudan oyanaraq" Yerə siqnallar göndərdi. Sonra da əsas məqsədi olan 67p/Churymov-Gerasimenko kometinə sarı üz tutdu. Avqust-sentyabrda kometin orbitinə çıxan Rozetta noyabrda Fila enmə qurğusunu onun səthinə yönəltdi. Sonuncu əməliyyat tam dəqiq olmadığından Fila bir neçə dəfə kometin səthindən aralanıb yenidən endi. Lakin sonda günəş işığının düşmədiyi ərazidə qaldığından tezliklə enerjisi tükəndi. Hazırda alimlər gözləyirlər ki, enmə qurğusunun qaldığı ərazi bir necə aydan sonra günəş işığına keçəcək. Bu zaman onun günəş batareyaları yenidən enerji hasil edərək qurğunu hərəkətə gətirəcək. Daha bir il 67p/Churymov-Gerasimenko orbirində fırlanan Rozetta 430 milyonluq bir məsafədən alimlərə maraqlı məlumatlarla dolu siqnallar göndərəcək. (Reuters)

Bölmələr

XS
SM
MD
LG