Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

«Alternativ axtaranın yeri həbsxanadır»-Mətbuat icmalı


-

Erdogan Türkiyədə demokratiyaya təhlükə yaradır. Prezidentin Fətullah Gülənə paranoyası var.

Niderlandda millətçilərin qalmaqallı lideri Wilders “mərakeşli məsləsini” izah edir.

Lukashenko Belarusu Rusiyanın yanında saxlamağa görə öz haqqını istəyir.

Türkmənistanda alternativ axtaranın yeri sonda həbsxana olur.

Səudiyyə Ərəbistanı da neftin aşağı qiymətinə dözə bilməyəcək.

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, Türkiyədə xəbər mediasının dağıdılması demokratiyaya təhlükədir. Türkiyədə mediaya hücumların növbəti mərhələsində jurnalistlərin həbsinə verilən prokuror sanksiyalarındajurnalistlərhakimiyyəti ələ keçirmək cəhdində, silahlı birləşmələr yaratmaqda ittihamlar olunurlar. Zaman qəzetinin redaktoru, Samanyolu yayım qrupunun rəhbəri və başqaları tutulub.

Medianın dağıdılması əslində diqqəti əsas prosesdən yayındırmağa xidmət edir. Əsas proses isə prezident Erdoganın öz rəqibləri ilə haqq-hesab çəkməsidir.

Qəzetin fikrincə, Erdoganın Fətullah Gülənə münasibəti paranoiyadır. O qorxur ki, Gülən onu devirsin.

Qəzet yazır ki, Erdogan demokratiyanın əsas prinsipini pozur. Rəqabət demokratiyanı gücləndirməlidir, zəiflətməməlidir. Erdogan Türkiyədə indiyədək demokratiya sahəsində fəxr edilən hər şeyi dağıda bilər.

NİDERLANDIN MİLLƏTÇİ LİDERİNİN ARQUMENTİ

Niderland millətçilərinin qalmaqallı lideri Geert Wildersin Wall Street Journal qəzetində məqaləsi Niderlanddakı mərakeşlilərə, Mərakeş əsillilərəhəsr olunub. O yazır ki, iki il onu Niderland məhkəmələrinə çəkiblər. O milli zəmində nifrət yaymaqda ittiham olunurdu.

Wilders yazır ki, o , niyə Niderlandda “mərakeşlilər məsələsi”nin tərəfdarıdır? Çünki mərakeşlilər arasında oğurluq hollandlar arasında oğurluqdan 22 dəfə çoxdur. 1984-cü ildə anadan olan mərakeşlilərin 60 faizi1996-2010-cu illərdə Niderlandda hər hansı bir cinayət üstə məsuliyyətə cəlb olunub.

Mərakeşlilərin 14 faizi Niderlandda sosial yardım alır. Belə sosial yardım alanlar türklər arasında 9 faizdir. Suriyaya vuruşmağa gedən Niderland müsəlmanlarının 4-də 3-ü mərakeşlidir.Wilders yazır ki, bütün bunlar Niderlandda “mərakeşlilər məsələsi” adını alıb. Wilders yazır ki,burda bundan danışmaqda qəbahətliu heç nə yoxdur: əgər məsələn, Niderlanda yaşayan amerikalılar böyük bir qrup olsaydı, və onlar yerli cəmiyyətə qaynayıb-qarışmaq istəməsəydi, onda Niderlandda o, amerikalılar məsələsini də qaldırardı. Wildersin mövqeyi budur ki, mərakeşlilər məsələsindən danışmaq cinayət deyil. O yazır ki, sorğuya görə, niderlandlıların 43 faizi onun mövqeyi ilə razıdır.

Qəzet Wildersin məqaləsini müzakirə açmaq üçün yerləşdirib.

Wilders Niderland parlamentinin üzvüdür və Azadlıq Partiyasının lideridir. Onun kitabının adı belədir: “İslamın Qərbə və Mənə qarşı müharibəsi”.

RUSİYAYA DOST OLMAĞA HƏRƏ ÖZ HAQQINI İSTƏYİR

Financial Times qəzeti yazır ki, Belarus prezidenti Lukashenkoişlər pis gedəndə vəziyyəti daha pisləşdirmək ustasıdır. Rusiya rublunun ən çətin vaxtında Lukashenko rubla zərbə vuraraq elan etdi ki, Belarus Rusiya ilə ticarətini rublla aparmayacaq. “Əgər onlar bizim malları Rusiyada alırlarsa, onda dollar ödəsinlər”. Lukashenko bunu Minskdə hökumətin iclasında elan edib.

Ancaq qəzet yazır ki, Rusiya da Belarusla özünü ədalətli aparmır. Rusiya Belarusdan aldığı malların əvəzini rublla ödəmək istəyir, öz satdığı qazı və neftə görə isə dollar tələb edir.

Lukashenko belə görünür ki, rublun böhranından isitifadə edib bu vəziyyəti dəyişmək, Rusiya ilə ticarətimöhkəm valyutaya keçirmək istəyir.

Standard Bankın təhlilçisi Timothy Ash qəzetə deyib ki, Rusiyanın çətin vaxtlarıdır, o ətrafına, kimi tapa bilirsə,yığır. Seçmək vaxtı deyil. Belarusun indiki tələbləri isə onun MDB və Avrasiya iqtisadi birliyində olması üçün istədiyi haqqdır. Bu o deməkdir ki, Belarus ucuz enerji və maliyyə almaqda davam edəcək.

ALTERNATİV AXTARANIN YERİ HƏBSXANADIR

BBC yazır ki, Türkmənistanda qorxu mühiti insanları susmağa vadar edir. Ancaq danışanlar da var. Bir Aşqabad sakini deyir ki, onun maaşı dolanmağa güclə çatır, onda ölkənin nəhəng təbii sərvətlərinin olmasının nə faydası? Sıravi adamlara əgər bundan heç nə düşmürsə?

Başqa bir sakin deyir ki, ətin qiymətivə nəqliyyatda gediş haqqı artır. Ancaq adamlar etiraz etmirlər, çünki qorxurlar. Onlar özlərinə görə yox, qohumlarının taleyindən qorxurlar. Çünki Türkmənistanda kollektiv cəzadır.

Türkmənistan dünyanın ən təcrid olunmuş ölkələrindən biridir. İnternet və mobil telefon vəziyyəti bir az dəyişir. Çünki internetə nəzarət var. SİM kart alanda pasport göstəricilərini verməlisən. Human Rights Watch təşkilatından Rachel Denber deyir ki, Türkmənistanda alternativ yoxdur. Alternativ axtramağın qiyməti həbsxnaya düşməkdir.

NEFTİN AŞAĞİ QİYMƏTİ SƏUDİYYƏYƏ SƏRF ETMİR

Wall Street Journal qəzeti yazır ki, neftin aşağı qiyməti Səudiyyə Ərəbistanına sərf etmir. Neftin qiymətinə

Səudiyyə Ərəbistanının indiki yanaşaması son 10 ildə Riyadın mövqeyinin dəyişdiyini göstərir. İkinci dünya müharibəsindən sonrakı dövrdə Səuydiyyə Ərəbistanı dünyanı neftlə təmin edirdi, əvəzində ABŞ ona təhlükəsizlik verirdi.

Ancaq son illər ABŞ öz neft istehsalı və şist qazı ilə Səudiyyə Ərəbistanının enerji rəqibi kimi meydana çıxıb və vəziyyət dəyişib. Bundan başqa ABŞ-ın Yaxın Şərq siyasətində də tərəflər arasında fikir ayrılığı var.

Harvard Universitetindən Navaf Obaid deyir ki, Səudiyyə Ərəbistanının ABŞ-dan təhlükəsizlik asılılığı keçmişdə qaldı. Səudiyyə Ərəbistanı ABŞ-ın regionda strateji tərəfdaşı kimi qalır, ancaq ən yaxın tərəfdaş deyil.

ABŞ, Avropa və Ərəb ölkələri rəsmilərinin dediyinə görə, neftin qiymətinin düşməyi Səudiyyə Ərəbistanına riskdir. Səudiyyə iqtisadiyyatı neftin aşağı qiymətinə cəmi 2 il dözə bilər. O da 750 milyard dollarlıq valyuta ehtiyatı hesabına.

Kral Abdullanın qardaşı oğlu şahzadə al-Valeed bin Talaloktyabr ayında açıq məktubunda yazırdı ki,neftin qiymətinin düşməyi fəlakətdir. Kralın başqa qardaşı oğlu, neft nazirinin müavini Şahzadə Abdulaziz bin Salman da keçən ay bildirirdi ki, Səudiyyə büdcəsi neftin aşağı qiymətinə dözə bilməyəcək.

XS
SM
MD
LG