Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Türkiyə prezidenti Erdogan deyib ki, Avropa Birliyi Türkiyəyə demokratiya dərsi verə bilməz, lazım gəlsə, belə demokratiya dərsini Türkiyə Avropa Birliyinin özünə verə bilər.

Erdogan deyib ki, Misirdə, Suriyada elədikləri ilə bağlı Avropa Birliyi əvvəlcə özünə güzgüdə baxsın.

Konya şəhərində çıxış edən prezident bildirib ki, Avropa Birliyi Türkiyənin üzvlüyə qəbul edir-etsin,etmir-etməsin,ancaq Türkiyə qapıçı olmayacaq.

Türkiyədə həftəsonu jurnalistlərin həbsindən sonra Avropa Birliyi Türkiyəni tənqid etmişdi.Erdogan deyib ki, Türkiyəyə barmaq silkələyənlər bilməlidirlər ki, köhnə Türkiyə artıq yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG