Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:35

-

Gələn il ABŞ-ın Azərbaycana yardımları 13, 44 milyon dollar planlaşdırılır. Bunun 5.76 milyon dolları demokratiya, insan haqlarının müdafiəsi və daha yaxşı idarəetmə layihələrinə, 4.28 milyon dolları iqtisadi inkişafla bağlı sahələrə, 3.4 milyon dolları isə sülh və təhlükəsizliklə bağlı layihələrə nəzərdə tutulur.

Keçən illə müqayisədə Azərbaycana yardımların 4 milyon manata yaxın azaldılması planlaşdırılır. Ən böyük azalma da demokratiya və insan haqlarının müdafiəsi sahəsində layihələrin maliyyələşdirilməsi bölümündədir. Keçən il bu bölməyə 7.78 milyon dollar nəzərdə tutulmuşdu.

Düzdür, adətən il ərzində müxtəlif başqa fondlar vasitəsilə yardımların miqdarı planlaşdırıldığından artıq olur. Məsələn, demokratiya layihələrinə keçən il 7.78 milyon dollar nəzərdə tutulsa da, yardımların ümumi miqdarı 13.82 milyon dollar olub.

Azərbaycan və onun Qafqazdakı qonşularına ABŞ-ın gələn ilə nəzərdə tutulan yardımları aşağıdakı kimidir:

Ölkə

Demokratiya, insan haqlarının müdafiəsi (Mln. $)

Iqtisadi inkişaf (Mln. $)

Sülh və təhlükəsizlik (Mln. $)

Təhsil və sosial xidmətlər (Mln. $)

Ətraf mühitin müdafiəsi (Mln. $)

Cəmi (Mln. $)

Azərbaycan

5.76

4.28

3.4

13, 44

Ermənistan

8.42

8.3

7.29

1.73

25.74

Gürcüstan

21.11

13.81

36.85

1.3

2

75,07

Bu barədə ABŞ prezidentinin 2015-ci maliyyə ili üçün Konqresə göndərdiyi büdcə layihəsində qeyd edilir. Layihədə bu il üçün xarici yardımlar və beynəlxalq layihələrin maliyyələşdirilməsinə keçən illə müqayisədə 1.4 faiz az - 50 milyard dollar nəzərdə tutulur.

Əsasən QİÇS, vərəm, malyariya kimi xəstəliklərlə mübarizə proqramlarına maliyyə yardımının azaldılması nəzərdə tutulur.

Prezidentin təklif etdiyi nüdcə hələ ABŞ Konqresində müzakirə ediləcək. Adətən bu müzakirələr qızğın polemikalara səbəb və büdcədə dəyişikliklər də səbəb olur.

ABŞ-ın Cənubi Qafqaz ölkələrinə son bir neçə ildə yardımları:

Günün bütün mövzuları

XS
SM
MD
LG