Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:57

ABŞ-dan gələn könüllülərin faydası...


-
Janice Aliton 2 il əvvəl ABŞ-ın Kolorado ştatından Gəncəyə könüllü işləməyə gəlib. O, Azərbaycanda Sülh Korpusun xətti ilə fəaliyyət göstərir. 2 təşkilatla işləyən 64 yaşlı könüllü ictimai sferada olan qadınlara xarici dil öyrədir, ictimai layihələrə cəlb edir. Hətta onlara yoqa dərsləri verir:

“TƏƏSSÜF Kİ, NOYABRDA GERİ DÖNƏCƏM”

“Sülh korpusunun missiyası ölkəyə gəlmək və qadınları maarifləndirməkdir. Biz burda Amerika mədəniyyətini öyrədirik. Əlbəttə ki, biz də Azərbaycan mədəniyyəti barədə Amerika vətəndaşlarını məlumatlandırırıq. Mən korpusun icma və iqtisadi inkişafı sahəsində işləyirəm. Mənim işim QHT-lərə kömək etməkdir. Mən həmçinin təşkilatı struktur və vaxtın idarə edilməsi haqqında təlimlər təşkil edirəm. Mən burada çox insanlarla tanış olmuşam. Biz qadınlarla bağlı layihələr həyata keçirmişik. Mən ingilis dili müəlliməsi ilə işləyirəm. Biz Yoqa klub yaratmışıq. Bu klub çox məşhurdur. İngilis dili kitab klubu da var. Mənim maraqlı işim var. Burda həvəsli insanlarla işləyirəm. Təəssüf ki, noyabrda geri dönəcəm”.
Janice Aliton
Janice Aliton
Janice Aliton imzaladığı müqaviləyə əsasən ölkəsinə qayıdacaq. Deyir ki, əslində istəsəydi müqaviləsini uzada bilərdi. Ancaq bu imkan Sülh Korpusunun könüllüləri üçün məhdudlaşıb. Azərbaycan Təhsil Nazirliyinin tələbi ilə ölkəyə Sülh Korpusun könüllülərinin gəlməsi dayandırılıb. Bu Janice Aliton kimi könüllülərlə yanaşı, yerli QHT rəhbərlərini və bir sıra gəncləri narahat edir.

Gəncədə fəaliyyət göstərən Gənc Liderlər Təlim Təhsil İctimai Birliyinin sədri Səbinə Ələkbərova deyir ki, indiyədək Sülh Korpusun xətti ilə gəlmiş 4 könüllü ilə işləyiblər:

“ONLAR ŞAGİRDLƏRİN, TƏLƏBƏLƏRİN İNKİŞAFINA KÖMƏK EDİRLƏR”
Səbinə Ələkbərova
Səbinə Ələkbərova
“Təşkilatlar üçün onların faydası var. Layihələrin tərcümə edilməsində, yazılmasında, təqdim olunmasında faydaları var. Bundan başqa heyət üzvlərinin inkişafında yardımları olur. Könüllülər var ki, məktəblərdə fəaliyyət göstərirlər. Onlar şagirdlərin, tələbələrin dil bacarıqlarının inkişafına kömək edirlər. Regionda olan təşkilatların inkişafına onların faydası böyükdür. Bizim Gender Akademiyası layihəmiz var idi. O, bizim ən uğurlu layihəmiz idi. Onu 2012-ci ildə Gəncədəki könüllülər yazmışdı. Onlar olmasa idi, o layihə reallaşmazdı”.

Aprelin 14-də Gəncədə olan ABŞ səfiri cənab Richard Morningstar Sülh Korpus könüllülərinin Azərbaycanda fəaliyyətlərinin dayandırılmasına münasibət bildirib:

ABŞ SƏFİRİ ÜMİD EDİR Kİ..

“İlk öncə təhsil nazirliyinin ölkəyə könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi. 1 həftə bundan əvvəl nazir Cabbarovla görüşdüm. O bildirdi ki, məqsəd korpusun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə nazirlik araşdırma aparır və onlar lazımi ünvana yönəldiləcək. Əmin edib ki, hazırda ölkədə olanlar fəaliyyət müddətlərinin sonuna kimi qalacaqlar. Hələlik onların sonradan geri çağırılması məsələsi də dəqiq bilinmir. Amma ümid edirəm ki, belə olmayacaq. Nazirlik öz qayda qanunlarını nəzərdən keçirəndən sonra razılaşma olacaq və könüllülər gələcəklər. Buna zaman lazımdır”.

Aprelin 1-də Azərbaycanın Təhsil Nazirliyi Sülh Korpusunu xəbərdar edib ki, İngilis Dilinin Xarici Dil kimi Öyrədilməsi Proqramının (TEFL) icrasını dəyərləndirmək üçün onu hələlik dayandırır. Bu qərar aprelin 5-də Azərbaycana gəlməyi planlaşdıran 36 könüllünün planlarını pozub.
XS
SM
MD
LG