Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:21

Avropanın ən böyük incəsənət mərkəzində Niyazinin əsərləri səsləndi


London. II Buta İncəsənət Festivalı 2014

London. II Buta İncəsənət Festivalı 2014

-

Dekabrın 9-da Londonda təşkil olunan II Buta İncəsənət festivalı çərçivəsində bəstəkar və dirijor Maestro Niyazinin şərəfinə konsert proqramı nümayiş olunub. Konsert dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə keçib.

Kral Filarmonik Orkestri tərəfindən Avropanın ən böyük Barbikan incəsənət mərkəzində klassik musiqini ənənəvi Azərbaycan motivləri ilə unikal surətdə birləşdirən əsərlər ifa edilib. Konsertdə gənc və parlaq soprano Selcan Nəsiblinin ifasında Niyazinin orkestrləşdirdiyi “Arşın Mal Alan” operettasından Gülçöhrənin ariyası və “Arzu” romansı səslənib. Asəf Zeynallının Niyazi tərəfindən orkestrləşdirilən “Muğamsayağı” əsərinin skripkada solosunu Nəzrin Rəşidova ifa edib.

Konsertin kulminasiya nöqtəsi “Rast” simfonik muğamı olub. Konsert dinləyicilərə xoş əhval-ruhiyyə bəxş edən romantik vals və Niyazinin şux qaytağısı ilə (ləzgihəngi) ilə tamamlanıb.

Niyazinin şərəfinə keçirilən konsert proqramı.London 2014

Niyazinin şərəfinə keçirilən konsert proqramı.London 2014

Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev konsert haqda bunları deyib:

"Mən, Maestro Niyazi musiqisinin pərəstişkarı olaraq, onun musiqisini London auditoriyasına təqdim etməkdən xüsusilə qürur hiss edirəm. Klassik qərb təsirinin milli muğamımızla unikal ahəngi bugünün Azərbaycanını - ənənələrinə sadiq olan, lakin dünyaya açıq bir ölkəni xarakterizə edir."

II Buta İncəsənət Festivalı noyabrın 4-də Londonun möhtəşəm Royal Albert Hall`da başlayıb. Buta İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində ünlü italyan tenor Andrea Boçelli çıxış edib.

Festival beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu layihə çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş, müasir fotoqrafların yaradıcılığı, caz musiqiçiləri və müasir immersiv teatr atmosferində canlı çıxışları ilə geniş spektrdə incəsənət nümayiş etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG