Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

Londonda Buta İncəsənət Festivalı başlayıb


London. Buta İncəsənət Festivalı. 2014-cü il

London. Buta İncəsənət Festivalı. 2014-cü il

-

Noyabrın 4-də Londonun möhtəşəm Royal Albert Hall`da ikinci Buta Festivalı başlayıb. Buta İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində ünlü italyan tenor Andrea Boçelli çıxış edib.

Böyük Açılış Qala Konsertində London Filarmonik Kral Orkestrinin müşayiəti ilə azərbaycanlı və əcnəbi müğənnilər və beynəlxalq musiqiçilər iştirak edib.

İsfar Sarabski. II Buta İncəsənət festivalı-2014.London

İsfar Sarabski. II Buta İncəsənət festivalı-2014.London

Klassik musiqidən ənənəvi muğama , Montreux mükafatının laureatı İsfar Sarabskinin müasir cazına qədər bir çox müxtəlif janrlarla musiqi nömrələri təqdim olunub.

İkinci Buta İncəsənət Festivalı beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu layihə çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş, müasir fotoqrafların yaradıcılığı, caz musiqiçiləri və müasir immersiv teatr atmosferində canlı çıxışları ilə geniş spektrdə incəsənət nümayiş etdiriləcək.

Festivalın boyunca, YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində sərgiləyəcək.

“Buta films” "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan "Sonuncu" qısametrajlı filmi də festival günlərində təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG