Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:15

Məşhur müğənninin separatçılara dəstəyi qalmaqal yaratdı


Anna Netrebko (sağa) və qondarma Novorossiya Parlamentinin sədri Oleg Tzarev "Novorossiya bayrağı" ilə poza verir. Sankt Peterburq, 8 dekabr 2014
Anna Netrebko (sağa) və qondarma Novorossiya Parlamentinin sədri Oleg Tzarev "Novorossiya bayrağı" ilə poza verir. Sankt Peterburq, 8 dekabr 2014

-

Anna Netrebko təkcə Rusiyada yox, bütün dünyada məşhur olan opera müğənnisidir.

Amma onun Ukraynanın şərqindəki rusiyameylli separatçılara dəstək verməsi, hətta qondarma "Novorossiya bayrağı" ilə poza verməsi qalmaqal yaradıb.

Ötən həftənin sonu Netrebko Sankt-Peterburqda qondarma "Novorossiya Respublikası"nın parlament sədri Oleg Tsaryov-la birlikdə mətbuat konfransı keçirib və bəyan edib ki, Donetsk Opera Teatrına 1 milyon rubl (təxminən 18 min dollar) iyanə verir.

Tsaryov Avropa Birliyinin sanksiya siyahısına salınmış separatçı liderlərdəndir.

Müğənni israr edir ki, onun bu addımı siyasət yox, "sırf incəsənət məsələsidir".

Amma Ukraynada bu izah heç kəsi inandırmayıb. Onu hətta "faşist" adlandıranlar da var.

Anna kazak ailəsində doğulub. Onun nişanlısı əslən azərbaycanlı opera müğənnisi Yusif Eyvazovdur.

Sosial şəbəkələrdə isə Netrebkonun ABŞ və Avropa turlarını boykot etməyə çağıran kampaniya başlanıb.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG