Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

-

Ulduzu təzəcə parlayan Yusif Luçano Pavarottinin tələbəsi olub, Annanı isə opera dünyasında tanımayan yoxdur.

Rusiya mediası maraqlı xəbər – Rusiyanın məşhur opera müğənnisi Anna Netrebko-nun nişanlanması xəbərini yayıb.

Məsələ burasındadır ki, xanım Annanın könül verdiyi şəxs azərbaycanlı Yusif Eyvazovdur.

Annanın 41, Yusifin 33 yaşı var.

İkilinin münasibətləri Yusifin facebook-da yaydığı nişanlanma xəbərindən sonra gün işığına çıxıb. Yusif sosial şəbəkədə Anna və onun oğlunun şəkillərini də paylaşıb.

Anna bir dəfə evli olub. Onun uruqvaylı bariton Ervin Şrott-la 6 il sürən evliliyindən bir oğlu var. Anna ilə Yusif dəfələrlə bir səhnəni bölüşüblər.

Bu ilin başlanğıcında onlar Teatro dell'Opera di Roma-da C. Puççininin «Manon Lescaut» operasında əsas partiyaları ifa ediblər. Yusif dünya opera səhnəsində parlayan ulduzlardan sayılır. O, Luçano Pavarottinin tələbəsi olub.

Uzun illərdir Milanda yaşayan Yusif əfsanəvi «La-Skala»da çıxış edir.

Yusif Bakı Musiqi Akademiyasını bitirib. 20 yaşından Milandadır. O bu şəhərdə təhsil xərcini ödəməkdən ötrü hər iş görüb, hətta ofisiantlıq edib.

Anna Krasnodarda kuban kazaklarının ailəsində doğulub. Rusiyanın xalq artistidir. Dünyada qəbul edilən opera müğənnisidir. Onun çox sayda beynəlxalq mükafatları var. Anna hər çıxışına 50 min dollar qazanır. 2006-cı ildən o, Avstriya vətəndaşlığını da qəbul edib.

Yusuf Eyvazov - "Otello"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG