Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Bloqqer Mehman Hüseynov yenə saxlanılıb [Video]


Mehman Hüseynov vətəndaşlıqdan məhrum edildi?
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Mehman Hüseynov vətəndaşlıqdan məhrum edildi?

-

Dekabrın 1-də günorta saatlarında bloqqer Mehman Hüseynov yenidən saxlanılıb və polisə aparılıb. O, şəxsiyyət vəsiqəsini ASAN xidmətdən ala bilməyib.

Yazı yenilənib. Ən son xəbər əvvəldədir.

-------------------------------------------------------------

Günün sonuna doğru Mehman Hüseynov polis şöbəsindən sərbəst buraxılıb. Bu zaman onun şəxsiyyət vəsiqəsi əlindən alınıb.

***

Bloqqer Mehman Hüseynov AzadlıqRadiosuna bildirib ki, onu 37-ci polis bölməsinə aparırlar. O deyib ki, ASAN Xidmətə gedib şəxsiyyət vəsiqəsini götürməliymiş.

Mehman Hüseynov Facebook profilində yazıb ki, ASAN Xidmətdə ona şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz olduğu deyilib:

«İndi mәni polis idarәsinә aparırlar. Görәn bu ölkәdә mәn normal polissiz bir gün haçansa keçirә bilәcәyəm?!»

DİN mətbuat xidmətindən AzadlıqRadiosuna faktı araşdıracaqlarını bildiriblər.

Mehman Hüseynov sonuncu dəfə noyabrın 10-da ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən hava limanında saxlanıb. 2012-ci ildə Mehman Hüseynova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. O, polisə müqavimətdə ittiham olunur. İşlə əlaqədar istintaq aparılır. Son üç ildə bloqqerə səyahət qadağası qoyulub.

İki gün əvvəl isə Mehman Hüseynov xarici pasportu ilə bağlı hər hansı problemin olmadığı barədə Daxili İşlər Nazirliyindən arayış alıb.

XS
SM
MD
LG