Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

-

Rusiya prezidenti Vladimir Putin həyatları yüksək sirr kimi qorunan qızlarının harada olduğunu açıqlayıb. Noyabrın 23-də TASS agentliyinə müsahibəsində, Putin qızlarının xaricdə yaşaması barədə deyilənləri yalan adlandırıb. O, 29 yaşlı Mashanın (Maria) və 28 yaşlı Katyanın (Yekaterina) Moskvada yaşadığını deyib.

Putin “Onlar Rusiyada yaşayırlar, başqa harda ola bilər?” deyib və əlavə edib ki, qızları Moskvadadır və bir-birini görmək üçün “ayda bir ya iki dəfə” prezidentin evinə gəlirlər.

Medianın yazdığına görə, Maria iyulda Niderlanddakı evindən çıxmağa məcbur olub. Səbəb Ukraynanın şərqində vurulan Malayziya təyyarəsində onlarla Niderland vətəndaşının həlak olması idi. Burada Amsterdamdan Kuala-Lumpura uçan MH17 Boeng təyyarəsinin Rusiya raketi ilə rusiyayönlü yaraqlıların vurmasına şübhə edən azdır. Həmin faciədə əsasən hollandlar olmaqla, 298 sərnişin həlak olub.

Niderlandın Hilversum şəhəri qəzada bir neçə sakinini itirib. Şəhərin meri Putinin qızını deportasiya etməyə çağırıb, ancaq sonradan sözlərini “qeyri-müdrik” adıandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG