Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49


Səbail, Binəqədi, Sumqayıt, Gəncə, Şirvan, Biləsuvar, Şabran, Xaçmaz, Şəki və Qaxda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib. İstehlakçılar belə hallarla rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG