Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:48

Tənqidçinin ölümü ilə bağlı iş məhkəməyə göndərildi


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı

-

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaqı yekunlaşıb.

Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova APA-nın sorğusuna cavabında bildirib ki, Elnarə Niftəliyevanın (Tofiqqızı) ölümü ilə bağlı başlanmış cinayət işi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində yekunlaşdırılaraq aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG