Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Elnarə Tofiqqızının ölümü ilə bağlı təkrar ekspertizanın nəticəsi açıqlanıb


Elnarə Tofiqqızı

Elnarə Tofiqqızı

-
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən təkrar komisyon ekspertizanın nəticəsi açıqlanıb.

Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, nəticələr martın 28-də məlum olub.

Nəticələrə görə, E.Tofiqqızının üzərində cərrahiyə əməliyyatı zamanı anesteziya prosesi düzgün tənzimlənmədiyindən, oksigen azlığı yaranaraq tənəffüs prosesi pozulub, xəstə bu səbəbdən vəfat edib.

1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən «Medi Sina» Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, anestezioloq E.Tofiqqızı üzərində düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hadisə ilə bağlı saxlanan yoxdur, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG