Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:13

Lağ etdiyimiz dərviş...


İntiqam Yaşar
İntiqam Yaşar

-

"Oxu zalı"nda yeni imza

İntiqam Yaşar

DƏRVİŞ

Canı da bizdəndi, qanı da bizdən,

Bir dərviş yaşayar içərimizdə.

Xəlvətdə hamımız ona sığınnıq.

Yüz lağ eləsək də ona biz üzdə.

Bu dərviş atamız, babamız kimi,

Bizə yol göstərən, mayak adamdı.

Bu dərviş bizləri yuxu tutanda,

Bizə keşik çəkən, oyaq adamdı.

Dost - tanış yanında qaçarıq ondan,

Sanarıq bu bizə yamaq adamdı.

Onu yaxın deyə tanıtmamaqçün,

Sorsalar deyərik - “qıraq adamdı”

Bizdən incidiyi, küsdüyü olmaz,

Sanar bir damlayıq, o bir dənizdir.

Çünki, tutduğumuz işlərə rəğmən,

Xətrimiz yanında yenə əzizdi.

Canı da bizdəndi, qanı da bizdən,

Bir dərviş yaşayar içərimizdə.

Xəlvətdə hamımız ona sığınnıq.

Yüz lağ eləsək də ona biz üzdə.

KİMİYƏM

Özümdən çox-çox uzağam,

Özümdən çıxmış kimiyəm.

Bu bir günlük, bütöv ildə,

Lap bir qızmar qış kimiyəm.

Meyl etsəm də kef etməyə,

Güc yox qəmi dəf etməyə.

Öz-özümü məhv etməyə,

Mən ki, mənə tuş kimiyəm.

Savab göydə, günah göydə,

Özüm burda, tamah göydə,

Bu gün yerdə, sabah göydə,

Bircə damla yaş kimiyəm.

Bax, kiminsə qəsdindədi,

Əli xəncər dəstindədi.

Ölüm başım üstündədi,

Onunla göz-qaş kimiyəm.

GÜNAHLAR

Payızda saralmış yarpaqlar kimi,

Uçar küçələrdə, uçar günahlar.

Amma yüz axtarıb, yüz arayasan,

Heç tapa bilməzsən bircə günahkar.

Bu günah deyilən başıbəlalı,

Kimsə yaxın durmaz, kimsə oxşamaz.

Yetimlər evindən qaçmışa bənzər,

Alışar tinlərə, alışar az-az…

Yiyəli, yiyəsiz günahlara bax,

Küçələr çox sıxlıq, küçələr bazar…

Yiyəsi sağ olan günahlar susqun,

Yiyəsi ölmüşlər yiyəsin arar…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG