Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:49

Erməni varlılarının hobbisi: şir, pələng saxlamaq- Mətbuat icmalı


Yerevan küçələrində ayı
Yerevan küçələrində ayı

-

Erməni elitasının yeni rəmzi- vəhşi heyvanlar saxlamaq.

Xaricdən ən çox alınan geparddır. Şirlər, pələnglər də az deyil.

Vyanada 14 yaşlı uşaq bomba partlayışları plnalaşdırırmış. İD yaraqlıları ona 25 min dollar təklif edib.

Ukraynanı çətin dövr gözləyir: islahat apartmamaq ölümcül olacaq.

Dünya mediası bu gün nədən yazır?

Ermənistan elitası özünə yeni əyləncə tapıb- vəhşi heyvan saxlamaq, özəl zooparkı olmaq Ermənistan elitasının rəmzinə çevrilib.

Guardian qəzeti yazır ki, Ermənistan parlamentinin üzvü Mher Sedrakianın qonşuları daimi hay-küydən zəiyyət çəkirlər. Bu səsi salanlar isə şirlərdir. Sedrakian Ermənistan paytaxtı Yerevandakı mənzilində şirləri ev heyvanları kimi saxlayır.

Qonşular narazılıq edir. Onların bu narazılığını indi Ermənistanda çoxları başa düşür. Çünki Ermənistan varlılarının və nüfuzlularının hobbisi - şirlər, pələnglər, ayılar olan özəl zoopark yaratmaqdır. Hökumət isə qarışmır.

Pələngin vəhşi təbiətdən tutulub, Ermənistana idxal olunması qadağandır, ancaq zooparkdan olar.

Kökü kəsilməkdə olan heyvanların və bitkilərin beynəlxalq ticarəti kopnvensiyasının 2008-2013-cü illər arası dövrə aid hesabatına görə, Ermənistana 6 pələng ixrac olunub. O cümlədən, Ukraynadan Ermənistana 3 pələng gətirilib. Digərləri Belçikadan, Çindən, Qazaxıstandan gətirilib. Ermənistanın sərhəd xidmətinin rəsmisi deyir ki, Ermənistana pələng gətirmək olar, əgər sənəddə onun gətirildiyi ölkə göstərilirsəvə bu pələng zooparkda böyümüş pələnglərin 3-cü nəslidirsə.

Ancaq Hetq.am saytı yazır ki, Ermənistana gətirilən vəhşi ekzotik heyvanların heç də hamısı həmin adı çəkilən konvensiyanın bazasında əks olunmayıb.

Məsələn, keçən ilin dekabrında yeni il bayramında Yerevan supermarketlərində timsah əti satılırdı. Halbuki Konvensiyanın bazasında timsahların ərzaq kimi idxalı əks olunmayıb.

Ermənistan ən çox gətiriən geparddır. 2008-2013-cü illərdə Ermənistan Birləşmiş Ərəb Əmirliklərindən və Cənubi Afrikadan 18 gepard gətirilib. Eyni dövrdə 9 şir alınıb. Onlıarın çoxusu BƏƏ-dən gətirilib. 2009-2010-cu illərdə Böyük Səhradan 41 tülkü gətirilib. 2012-ci ildə 21 rhea quşu gətirilib, bunlar dəvəquşuna oxşar quşlardır.

Bu ekszotik heyvanları alanlar kimlərdir? Ermənistanın ən varlı adamı , müxalifətin Çiçəklənən Ermənistan partiyasının rəhbəri Gagik Tsarukianın ekzotik heyvanlar saxlaması məlumdur. Onun Yerevan iqamətgahında özəl zooparkı var. Onun sözçüsü İveta Tonoian deyir ki, Tsarukianın 20 şiri və ağ pələngi var.

Keçmiş müdafiə naziri, Qarabağ müharibəsi veteranları təşkilatının rəhbəri, general Manvel Grigorian Eçmiədzin yaxınlığında özəl zooparkda pələnglər, şirlər, ayılar, saxlayır.

Hetq.am yazır ki, deyilənə görə, Grigorianın Eçmiədzindəki evini dişsiz pələng qoruyur. Keçən il Eçmiədzində küçədə pələng balalarına rast gəlmişdilər.

Ehtimala görə, bu, məhz Grigorianın pələngləri idi.

Təbiəti mühafizə edənlər şikayətlənirlər ki, hökumət bütün bu faktlara əhəmiyyət vermir. O cümlədən Tavuş regionunun başçısının qonur ayılar saxılaması haqda sənədləşdirilmiş müraciətə hökumət cavab verməyib.

Ancaq belə vəhşi heyvan saxlamağın təhlükəsi də var.

2012-ci ildə keçmiş polis rəisinin şiri iki yaşlı uşağı yaralamışdı.

Və sonda restoranlar haqda. Ermənistan boyu restoranlarda ayı, ceyran, maral əti təklif olunur.

BOMBA PARTLAYIŞI TÖRƏTMƏYƏ 25 MİN

Daily Telegraph qəzeti yazır ki, 14 yaşlı yeniyetmə Vyanada bir sıra bomba partlayışları törətməyi planlaşdırmaqda şübhəli bilinir. Məlumatlara görə, İslam Dövləti yaraqlıları ona bu partlayışlara görə 25 min dollar təklif edib.

Avstriya hakimiyyəti 14 yaşlı oğlanın adını demir. Ancaq Avstriya mediası onu Mertkan G. Kimi təqdim edir və yazır ki, o, 8 ildir ki, Avstriyada yaşayn türk mühacirlərinin oğludur. Onun partlayış tərətmək istədiyi yerlərdən biri isə Vyana vağzalı idi, burdan hər gün 40 min adam keçir.

Məlumatlara görə, onu internet vasitəsilə ələ alıblar, ancaq müstəntiqlər bu məlumatları şərh etmək istəmirlər. Ancaq prokurorluq bildirir ki, onunla müxtəlif kontaktları olub.

Həmin yeniyetmə bomba partlayışları planlaşdırdığını etiraf edib. Onunla danışan prokurorluq işçisi deyir ki, o, yaşının azlığına baxmayaraq əsil peşəkar kimi planlaşdırırmış. İstifadə etmək istədiyi bomba isə kasset bombası imiş. Bu bomba partlayanda çoxlu kiçik hissələrə ayrılır və böyük ərazini əhatə edir.

ABŞ-da Boston marafonunda belə bombadan istifadə olunmuşdu.

İSLAHATI YUBATMAQ ÖLÜMƏ BƏRABƏRDİR

Economist jurnalı Ukrayna seçkiləri haqda yazır ki, seçicilər yaxşı idi, seçilənlər o qədər də yox. Jurnalın fikrincə, Ukraynanı indi çətin dövran gözləyir.

Hərçənd jurnal hesab edir ki, bütün baxımlardan Ukraynada seçkilər böyük qələbə idi. İslahatçılar böyük uğur qazandı, seçki ifrat sağlar və ifrat sollar üzərində islahatçıların qələbəsi oldu. Ancaq Ukrayna bölünmüş olaraq qalır.

Baş nazir Yatsenyukun Xalq Cəbhəsinin prezident Poroshenkonun blokunu üstələməsi onu göəstərir ki, Ukraynada iki güc mərkəzi olacaq.

Poroshenko deyir ki, islahatları ləngitmək Ukrayna üçün ölümcül olacaq.

2004-cü ildə Narıncı inqilab vaxtı hakimiyyətə gələnlər sistemli dəyişikliyə getmədilər. Bu da sonda onların məğlubiyyətinə gətirdi.

Ancaq bu dəfə səhvlərin qiyməti qat-qat yüksəkdir. Bu, təkcə hökumətin hakimiyyətdə qalıb-qalmaması məsələsi olmaycaq. Ukraynanın özünün bir dövlət kimi taleyi həll olunur.

Ukrayna iqtisadiyyatı dağılmağın bir addımlığındadır.

İqtisadiyyatın xarici köməyə ehtiyacı var, köməyi isə islahat gedəndə verirlər.

XS
SM
MD
LG