Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:29

Ukrayna, Rusiya və Avropa İttifaqı bu qış Rusiya qazının Ukraynaya nəqlinin bərpası barədə razılaşma əldə ediblər.

Bundan əvvəl Ukraynada davam edən münaqişə əsnasında bir neçə ay idi ki, Ukraynaya qaz verilmirdi.

Avropa Komissiyasının sədri Jose Manuel Barroso Brüsseldə üçtərəfli sazişin imzalanmasından sonra deyib ki, “Avropa bu qış soyuqda qalmaq narahatlığından qurtardı”.

Bu sazişin əldə edilməsi üçün danışıqlar yarımçıq qalmaq təhlükəsi ilə üzləşmişdi. Beləki, Rusiya qaz pulunu ödəməyən Ukraynanın əvəzində Avropa İttifaqından daha etibarlı qarantiya istəyirdi.

Hazırkı vəziyyətdə bu qarantiya Ukraynanın Rusiyaya qaz üçün borcunun ödənməsinə Avropanın maliyyə köməyi ola bilər.

Ukraynanın baş naziri Arseny Yatseniuk deyib ki, Avropa İttifaqı Ukraynanın Rusiyaya qaz borcunu ödəməsi üçün qarant olmağa razılıq verib.

Yatseniuk deyib ki, Ukrayna Rusiyaya ilin sonunadək qazın hər min kubmetri üçün 378 dollar, 2015-ci ilin birinci rübündə isə 365 dollar ödəyəcəək.

Baş nazir bildirib ki, bu barədə saziş təsdiqlənən kimi Kiyev Rusiyaya olan borclarını tamamilə qaytarmaq iqtidarında olacaq.

Razılaşmaya əsasən Ukrayna 1, 45 milyard dolları dərhal, yerdə qalan 1, 65 milyard dolları isə ilin sonunadək ödəməlidir.

Kiyevdən alınan xəbərlərdə deyilir ki, ölkənin Naftogaz şirkəti borclarrın ödənməsi üçün 3, 1 milyard dollar pul ayırıb.

Rusiya Avropada istehlak edilən qazın üçdə birini verir və bu həcmlərin tam yarısı Ukrayna vasitəsilə nəql olunur.

Eyni zamanda qazdan gələn gəlirlər Rusiya büdcəsinin beşdə birini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG