Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:42

Lavrov: "Sanksiyalarda məqsəd Ukrayna deyil"


Parisdə Kerry və Lavrov (sağda) söhbət edir
Parisdə Kerry və Lavrov (sağda) söhbət edir

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Rusiyanın NTV televiziyasına müsahibəsində deyib ki, sanskiyaların ləğvi üçün Rusiya Qərbin dediklərini etmək fikrində deyil.

O deyib: “Bizə deyirlər ki, Ukraynada böhranı həll etməyə kömək edin, biz sanksiyaları ləğv edək. Gəlin, sizin üçün meyar qoyaq. Bir addım atın, elə edin ki, Ukraynanın şərqindəki yaraqlılar müşahidəçiləri Rusiya ilə sərhəddə buraxsınlar”.

Lavrov deyib: “Biz onlara çox sadə cavab veririk. Heç bir meyarı və belə şərti biz yerinə yetirmək və ya razılşadırmaq fikrində deyilik”.

Lavrovun sözlərinə görə, sanksiyaların həqiqi məqsədi Ukrayna deyil. O deyib ki, “sanksiyaları tətbiq edən bizim tərəfdaşlar bunu gizlətmirlər. Onların bəyanatlarından və hərəkətlərindən həmişə görünür ki, həqiqi məqsəd Rusiyanı dəyişməkdir, bizim üçün prinsipial məsələrdə mövqeyiminin dəyişməyidir və Qərbin mövqeyini qəbul etməyə bizi məcbur etməkdir”.

Lavrov deyib ki, “bu, keçmiş dövrdür, müstəmləkə düşüncəsidir.”

Lavrov sonda onu da deyib ki, "bir mütəfəkkirin sözlərinə görə, "Rusiya Avropanı Avropanın özündən dəfələrlə xilas edib"."

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG