Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:33

Obama Poroshenko ilə sülh məsləhətləşmələri aparıblar


ABŞ Prezidenti ukraynalı həmkarı Petro Poroshenko ilə

ABŞ Prezidenti ukraynalı həmkarı Petro Poroshenko ilə

ABŞ Prezidenti Barack Obama ukraynalı həmkarı Petro Poroshenko ilə birlikdə Rusiya ilə Ukraynanın şərq sərhədinə daha əlverişli nəzarət yollarını müzakirə ediblər. Obama Poroshenko ilə oktyabrın 15-də telefonla danışıb. Ağ Ev bildirib ki, onlar bütün tərəflərin ötən ay Minskdə imzalanmış atəşkəs sazişinə necə əməl etməli olduğundan danışıblar.

Atəşkəs döyüşləri tam dayandıra bilməsə də, zorakılıqları əsasən azaldıb.

Ağ Evin məlumatına görə, Obama və Poroshenko enerji təhlükəsizliyini, siyasi islahatları və Ukraynanın iqtisadiyyatını artırma cəhdlərini müzakirə ediblər.

Obama Ukrayna parlamentinin korrupsiyaya qarşı qanunvericilik qəbul etməsini alqışlayıb.

Bu arada Rusiya prezidenti Vladimir Putin Qərb liderləri ilə Ukraynaya dair danışıqlar aparmalıdır. ABŞ və Avropa Ukrayna böhranına görə Moskvaya sanksiyalar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG