Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" hərbi gəmiləri Azərbaycana gəlib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, bu gün oktyabrın 16-ı səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar.

Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib.

Səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG