Türkiyədə toqquşmalarda azı 18 nəfər həlak olub
Oktyabrın 7-də Türkiyənin Diyarbəkir, Mardin, Şiirt, Batman əyalətlərində etiraz aksiyası keçirən kürdlərlə polis arasında toqquşmada azı 18 nəfər həlak olub. Kürdlər hökuməti Suriyanın sərhəd Kobani şəhərinə yetərincə dəstək verməməkdə ittiham edirlər. Mardində fövqəladə vəziyyət elan olunub.