Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Mozart-ın yeni tapılan əsərini - DİNLƏ


Mozart-ın portreti
Mozart-ın portreti

-

Dahi Avstriya bəstəkarı Wolfgang Amadeus Mozart-ın yeni tapılan əsəri onun öz ev-muzeyində - öz fortepianosunda ifa edildi.

Əsər bir müddət əvvəl Tirol şəhərində dünyasını dəyişmiş qoca kilsə musiqçisinin arxivindən tapılıb.

Arxivi tədqiq edən Tirol Musiqi Araşdırmaları İnstitutunun alimi Hildegard Herrmann-Schneide üzərində "1780-ci il" qeydi olan əllə yazılmış kitab aşkarlayıb.

12-14-cü səhifələrdə o, “allegro molto (italyanca “çox cəld”) qeydli si major sonatası tapıb. Sonatanın müəllifi kimi “Del Signore Giovane Wolfgango Mozart”, yəni "Gənc cənab Wolfgango Mozart” göstərilib.

(Ardı aşağıda)

“Wolfgango” Mozart-ın atasının adı idi. Araşdırmaçı kitabda oxşar imza ilə başqa musiqi əsərləri də tapıb. Müasir elm onları Mozart-ın əsərləri kimi tanıyır. Sonata isə indiyəcən elmə məlum olmayıb.

Bəstənin üslubu və səviyyəsinə görə araşdırmaçılar onun 1767-ci ildə yazıla biləcəyini güman edirlər. Yəni Mozart-ın 11 yaşı olanda. Mozart si majordan tez-tez istifadə edirdi.

Kitabın isə 18-ci əsrin sonlarında Zalzburg-da (Mozart-ın doğulduğu şəhərdə) musiqi gimnaziyasında təhsil almış, kilsə xorunda oxumuş Herrmann-Schneider-ə aidliyi aşkar edilib.

openculture

Mozart-ın portreti, 1763-cü ildə, vunderkindin 7 yaşında çəkilib.
Mozart-ın portreti, 1763-cü ildə, vunderkindin 7 yaşında çəkilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG