Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Kasparov: «Putin İslam Dövlətindən daha təhlükəlidir»- Mətbuat icmalı


-

Garry Kasparov deyir ki, Putin 1000 Əl Qaidadan da təhlükəlidir.

Rusiyada 1990-cı illərdə yaranan böyük bizneslərin hamısı KQB ilə bağlı idi.

Qərb narahatdır ki, Ukraynaya verdiyi pulları korrupsiya “yeyəcək”.

Dünya mediası bu gün nədən yazır?

Newsweek jurnalında şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparovun Putin barədə dedikləri çap olunub. Kasparov bildirir ki, Putin İslam Dövləti (İD) təşkilatından daha təhlükəlidir. Onun fikrincə, Putinin təhlükəsi 1000 dənə Al-Qaida təhlükəsindən çoxdur.

Yahoo news-a müsahibəsində Kasparov deyib ki, Putin dünyada ən təhlükəıli adamdır.

Ondan soruşulub ki, dünyada təhlükəsizliyə ən böyük təhlükə nədir? Kasparov deyib ki, “əlbəttə, Putin”.

O izah edib ki, Putini hərbi yolla məğlub etmək olmaz.

İD-ni isə hərbi yolla məğlub etmək olar. Kasparovun fikrincə, “əgər ABŞ istəsə, İD-ni 24 saata toza çevirər”.

Kasparov İD-nin məhv edilməsi haqda deyib ki, bir İD –ni dağıdacaqsınız, yerinə başqa İD gələ bilər. Ancaq sizin həmişə həll variantınız var, çünki bilirsiniz pul hardan gəlir. Siz Qətəri izləyə bilərsiniz, Səudiyyə Ərəbistanını izləyə bilərsiniz. Hərbi koalisiya yarda bilərsiniz və bunlar İD-ni hərbi və maliyyə cəhətdən sıxışdırar. Kasparov deyir ki, bütün bunları Putinlə edə bilməzsiniz. “Putin daimi təhlükədir”.

51 yaşlı Kasparov bundan əvvəl Twitterdə də Putini tənqid edoirdi. O yazırdı ki, Putin diktatordur, Rusiya intellektuallarını ölkədən çıxıb getməyə vadar edir.

O deyir ki, Putin nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyir, bunun üçün ona qlobal sabitsizlik yaratmaq lazımdır. “Əgər o, dünyanı nüvə silahı ilə şantaj etməyə başlasa, mən buna təəcüblənmərəm”.

PUTİNİN OĞRU HAKİMİYYƏTİ

Wall Street Journal qəzeti “Putinin kleptokratiyası” adlı kitabdan yazır. Kleptokratiya – oğru hakimiyyəti deməkdir.

Karen Dawishanın bu kitabında deyilir ki, Rusiyada 1990-cı illərin əvvəllərindən yaranan böyük bizneslərin hamısı keçmiş KQB zabitlərinin və KQB pullarının köməyi ilə yaradılıb.

Qəzet yazır ki, Karen Dawishanın 445 səhifəlik bu kitabı çıxmamışdan 5 ay əvvəl- aprel ayında qəzet başlıqlardan düşmürdü.

Putinin yaxın çevrəsinin dövlət malını mənimsəməsi, saxtakarlığı, vəzifədən varlanmaq üçün istifadə etməsi çoxdan məlumdur, ancaq Karen Dawishanın kitabı bu barədə ən tam və ətraflı mənbədir.

Kitab 1980-ci illərdəki hadisələrdən başlanır. O vaxt SSRİ Kommunist Pratiyasının hesablarında pul toplanırdı, SSRİ dağılanda isə bu pullara nəzarəti KQB əlinə aldı.

Ohayo ştatında Mayami Universitetinin professoru olan Karen Dawisha əsasən açıq informasiyalardan istifadə edir. O, ABŞ Konqresindəki dinləmələrdə deyilənlər, Wikileaksdə yayılan ABŞ diplomatik teleqramları kimi mənbələrdən istifadə edir.

Belə fikirlər var ki, guya Sovet İttifaqı Kommunist partiyasının pulları olmayıb. Ancaq Karen Dawisha 1990-cı il avqustun 23-də Mərkəzi Komitənın qərarını sitat gətirir. Orda deyilir ki, “partiyanın kommersiya və xarici iqtisadi fəaliyyətinin təşkili üçün təcili tədbirlər görülməlidir”. Müəllif yazır ki, bu qərar partiyanın nağd pullarına müstəqil kanalın yaradılması zəruriyyətini bildirirdi , bunun da son məqsədi gözə görünməyən partiya iqtisadiyyatını yaratmaq idi.

Bu iş KQB-nin baş zabitlərinə tapşırıldı. Onların vəzifəsi belə strukturlar yaratmaq, partiya gəlirlərini toplamaq və bunlara banklarda, şirkətlərdə paylar almaq idi. 1990-cı illərdə böyük bizneslərin hamısı belə yaradılıb.

Nikolay ləqbli KQB agenti müsahibəsində deyir: “biz milyonlarla, milyonlarla dolları banklara ötürürdük. Cinayətkar aləmdən də pullar eyni kanlala gəlirdi. Hansı pul KQB-nin idi, hansı mafianın – bunu deməkdə çətinlik çəkirəm. Mənim bu sualıma belə cavab verdilər ki, bizim işimiz pulu ötürməkdir. Mən də elə belə edirdim”.

KÜRDLƏRƏ SINAQ

New York Times qəzeti yazır ki, kürdlər Kərkükü özlərinin Qüdsü adlandırır. Onlar bununla bu şəhərin həm mədəni əhəmiyyətinə, həm də çətinliklərinə işarə edirlər. İstənilən Kürd dövləti yardılsa, kürdlər Kərkükün bu dövlətə daxil olmasını istəyirlər.

Bu isə yerli etnik qrupları əsəbiləşdirir. Kərkükdə çoxlu sayda türkmənlər və ərəblər yaşayır.

İslam Dövləti (İD) ortaya çıxandan sonra Kərkükdə ərəbcə şüarlar görmək olar ki, “Biz birlikdə İD-yə qalib gələ bilərik”. Ancaq yerli etnik xalqlar yenə qorxurlar ki, münaqişələrdən kürdlər yeni torpaqlar və neft ələ keçirmək üçün istifadə etsin. Qəzet yazır ki, indiki vəziyyət kürdlərin müstəqillik arzularına lakmus kağızıdır. Kürdlər etnik gərginlikləri aradan qaldıra biləcəklərini göstərsələr, onda gələcək Kürdüstanı da idarə edə biləcəklər.

32 yaşlı türkmən mühəndis qəzetə deyir ki, o, Türkiyəyə gedəcək. “Ona görə yox ki, İD gəlir, ona görə ki, kürdlər var”. “Mən kürd dilində olan bu şüarlara, kürd döyüşçülərinin şəhidliyi haqda şüarlara nifrət edirəm”.

Onun sözlərinə görə, kürdlər hər şeyi edirlər ki, Kərkük Kürdüstan olsun.

UKRAYNA ÖZÜNDƏN BAŞLAMALIDIR

Financial Times qəzeti yazır ki, Ukrayna liderləri Qərbin skeptizmini aradan qaldırmağı Ukraynanın daxilindən başlamalıdırlar.

Poroshenko Kanada və ABŞ səfərindən maliyyə yardımı ilə qayıtdı, ancaq hərbi yardım verilmədi. Qəzet hesab edir ki, Qərb hökumətlərində Ukrayna ilə bağlı skeptizm var. Ekspertlərin fikrincə, Qərb hökumətləri əmin deyillər ki, Ukrayna hakimiyyəti ölkədəki fikir ayrılıqlarını aradan qaldıra, korrupsiya ilə mübarizə apara və sözdən real islahatlara keçə biləcək.

Kanada parlamentinin üzvü, özü Ukrayna mənşəli kanadalı olan Christia Freeland deyir ki, “real qərb skeptizmi onunla bağlıdır ki, Ukrayna ciddi islahat apara biləcəkmi və Qərbin verdiyi yardımı korrupsiyasız istifadə edə biləcəkmi”.

XS
SM
MD
LG