Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

ABŞ və Aİ bəyan ediblər ki, sanksiyalar Ukraynadakı vəziyyət radikal şəkildə yaxşılaşarsa, qaldırıla bilər.

-

Avropa İttifaqı hesab edir ki, Rusiyanın təşəbbüsü ilə Ukraynada əldə edilmiş sülh razılaşması kifayət qədər səmərəli deyil.

Ötən çərşənbə axşamı görüşən Aİ diplomatik səfirləri qeyd ediblər ki, sentyabrın 5-dən bəri razılaşdırılmış atəşkəs sazişi “hadisələrin müsbət inkişafıdır”, lakin sazişin başqa hissələri “lazımınca tətbiq olunmalıdır”.

Aİ-nin Ukraynadakı böhranla əlaqədar Rusiyaya qarşı sanksiyaları ölkənin vəzifəli rəsmiləri ilə yanaşı, neft sənayesini, müdafiə sənayesi şirkətlərini və bankları hədəfləyir.

Qərb hökumətləri və rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqindəki separatçıları ağır silahlarla və canlı qüvvə ilə təchiz etməkdə günahlandırır.

Moskva bu iddiaları rədd edir.

Aİ-nin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ötən martda, bu ölkənin Ukraynanın Krım yarımadasını ilhaq etməsindən bəri tətbiq olunmağa başlayıb.

Atəşkəs pozulmaqda davam edir

Xəbər verilir ki, aprel ayından bəri şiddətli döyüşlərin getdiyi Luqansk və Donetsk vilayətlərində 3200 nəfər həlak olub.

Sentyabrın 5-də tərəflər atəşkəsə və 30 kilometrlik bufer zolağının yaradılmasına razılaşıblar.

Bununla belə, artəşkəs razılaşması pozulmaqda davam edir.

Ötən bazar ertəsi Donetsk hava limanı yaxınlığında atəşkəsin elanından sonra gedən ən ağır döyüşdə azı 7 Ukrayna hərbçisi həlak olub.

Xəbər verilir ki, əsgərlər zirehli maşının atəşə tutulması nəticəsində həlak olublar.

Çərşənbə axşamı Donetsk aeroportu yaxınlığında ağır bombardman davam edib.

Ötən həftə Ukraynanın baş naziri Arseniy Yatsenyuk BMT Baş Assambleyasındakı çıxışında demişdi ki, Rusiya qoşunları hələ də şərqi Ukraynadadır.

Baş nazir Qərbi, onun ölkəsi ərazi bütövlüyünü bərpa edənədək Rusiya üzərindəki sanksiyaların saxlanmasına çağırmışdı.

ABŞ və Aİ bəyan ediblər ki, Rusiya üzərindəki sanksiyalar Ukraynadakı vəziyyətin yalnız radikal şəkildə yaxşılaşacağı təqdirdə qaldırıla bilər.

Qərb Rusiya enerjisindən tam imtina edə bilər

Ötən bazar ertəsi Almaniya kansleri Angela Merkel bəyan etmişdi ki, Rusiya Ukraynanın şərqində beynəlxalq qanunun təməl prinsiplərini pozmaqda davam edərsə, onun ölkəsi və Aİ Rusiya ilə enerji sahəsindəki əməkdaşlığa ümumiyyətlə yenidən baxa bilər.

O deyib ki, hazırda Rusiya üzərindəki sanksiyaları yumşaltmaq üçün əsas yoxdur.

Angela Merkel bildirib ki, atəşkəsin özünün bərqərar edilməsi bir yana, Luqansk və Donetsk regionunun gələcək statusu və mərkəzi Ukrayna hökuməti ilə münasibətləri məsələsi açıq qalır.

“Luqanks və Donetsk regionlarında sərhəd üzərində nəzarət, bufer zonası və ya sanksiyaların qalsdırılması barədə yenidən düşünməyə əsas verəcək başqa şərait yoxdur” – deyib xanım Merkel.

Günün bütün mövzuları

XS
SM
MD
LG