Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Keçmiş sevgilisindən Fransa prezidentinə zərbə


France -- France's Socialist Party (PS) newly elected president Francois Hollande celebrates with and companion Valerie Trierweiler at the Place de la Bastille in Paris on 06May2012

France -- France's Socialist Party (PS) newly elected president Francois Hollande celebrates with and companion Valerie Trierweiler at the Place de la Bastille in Paris on 06May2012

Kitab Fransa prezidenti Francois Hollande-ın ona xəyanət etməsi haqda xəbərin üzə çıxmasından sonra yaşanan ailə dramı haqdadır.

-

Fransanın keçmiş birinci ledisi Valérie Trierweiler-in yeni kitabı bir neçə günə yarım milyon nüsxə satılıb.

"MƏN YATMAQ İSTƏYİRDİM"

Kitab Fransa prezidenti Francois Hollande-ın ona xəyanət etməsi haqda xəbərin üzə çıxmasından sonra yaşanan ailə dramı haqdadır.

Xanım Trierweiler "O ana görə təşəkkürlər" adlanan kitabında yazır ki, xəbəri mətbuatdan oxuduğu səhər bir ovuc yuxu dərmanı içib. Baxmayaraq ki, prezident buna imkan vermək istəmirdi.

"Bacardıqca çox içdim. Mən yatmaq istəyirdim. İrəlidəki saatlarda yaşanacaqlardan yayınmaq istəyirdim".

Bundan sonra birinci ledi xəstəxanaya düşür, rəsmi məlumatda isə iddia edilir ki, o, "ifrat stressdən əziyyət çəkir".

"DİŞSİZLƏR"

Valérie Trierweiler

Valérie Trierweiler

49 yaşlı keçmiş birinci ledi kitabında yazır ki, Sosialist Partiyasının namizədi olan Hollande özünün guya varlılara qarşı olduğunu göstərsə də, 2012-ci ildə hakimiyyətə də bu şüarla gəlsə də, əslində kasıblara yuxarıdan aşağı baxır. Onları "dişsiz" adlandırır. Yəni dişini düzəltdirməyə pulu olmayanlar.

Trierweiler-in özü də əyalətdə yaşayan kasıb ailədən çıxıb. Buz meydançasında kassir işləyən şikəst ata-anası ona yüksək təhsil verə bilməsələr də, Parisə gedərək ölkənin tannmış jurnalistlərindən

Valérie Trierweiler-in yeni kitabı, The Telegraph

Valérie Trierweiler-in yeni kitabı, The Telegraph

biri olmağı bacarıb.

Keçmiş birinci ledi yazır ki, prezident onun valideynlərinin evində qonaq olarkən daim özünü narahat hiss edirmiş, bu onunçün əzab-işgəncəyə çevrilirmiş.

KOZETTA...

Onun özünü isə prezident bəzən Kozetta deyə çağırarmış (Fransa yazıçısı V.Hugo-nun "Səfillər" romanındakı yetim qızın adı)

Amma yeni kitabı artıq "Kozetta"nı milyoner edib. Bəlkə də prezidentin özündən də varlı.

Fransa mətbuatı hesablayıb ki, xanım Trierweiler yeni kitabından artıq 1,3 milyon avro qazanıb. Kitab isə əl-əl gəzir, artıq təkrar basılmağa başlanıb. İngilis və başqa dillərə tərcümə edilməsi haqda təkliflər də gəlir.

Cənab Hollande prezidentliyə namizəd olanda bəyannamədə öz var-datını 1,17 milyon avro göstərmişdi. Bunun da çox hissəsi onun adına olan əmlakın dəyəri idi.

​Xanım Trierweiler-in 18 aylıq birinci ledi həyatına prezidentin özündən 20 yaş kiçik aktrisa ilə eşq macərası son qoyub.

Bu münasibəti bu ilin yanvarında üzə çıxaran "Closer" jurnalı Hollande-ın iş vaxtı Yelisey Sarayının arxa qapısından motosikletçi (özünün kortejindən olan) qiyafəsində çıxıb sevgilisi Julie Gayet-nin evinə getməsi haqda yazmış, fotoşəkillər çap etmişdi.

Julie Gayet ötən ilin mayında Cannes Festivalında

Julie Gayet ötən ilin mayında Cannes Festivalında

SİYASİ EFFEKT

Keçmiş birinci ledinin kitabı Fransa prezidenti üçün pis vaxtda ortaya çıxıb.

Onun populyarlığı "quyunun dibindədir" - 13 faizə enib. Son 70 ildə Fransada heç bir prezident bu qədər qeyri-populyar olmayıb.

Düzdü, Fransa cəmiyyəti siyasətçilərin şəxsi həyatındakı qalmaqalları ağrılı qarşılamır. Elə rəy sorğuları da göstərir ki, Hollande-ı dəstəkləməyənlərin az bir hissəsi bunu onun ailəsindəki problemlə bağlayır. İnsanları ən çox narahat edən odur ki, indiki prezidentin dövründə işsizlik daha da artıb, kasıbların sayı çoxalıb. Keçmiş birinci ledinin prezidenti "kasıblara yuxarıdan aşağı baxmaqda" ittiham etməsi bu mənada ictimai rəyə təsir edə bilər.

Hətta Hollande-ın öz partiyasının tərəfdarlarının da böyük hissəsi növbəti seçkilərdə onun namizədliyini yenidən irəli sürməsini istəmir.

Rəy sorğuları onu da göstərir ki, seçki indi keçirilsəydi, cənab Hollande ifrat millətçilərin lideri Marine Le Pen-ə uduzardı...

"The Telegraph", "Time"

Günün bütün mövzuları

XS
SM
MD
LG