Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01

Fransanın birinci ledisi xəstəxanaya düşdü - Xəyanət iddiası


Francois Hollande prezident seçilməsini qeyd edir - yeni rəfiqəsi Valerie Trierweiler ilə, 6 may 2012

Francois Hollande prezident seçilməsini qeyd edir - yeni rəfiqəsi Valerie Trierweiler ilə, 6 may 2012

-

Fransanın birinci ledisi Valerie Trierweiler ötən cümə axşamı xəstəxanaya yerləşdirilib.

Səbəb Fransa prezidenti Francois Hollande-ın bir aktrisa ilə əlaqəsinə aid iddiaların ortaya çıxmasıdır. Bunu xanım Trierweiler-in sözçüsü Patrice Biancone açıqlayıb.

O, CNN-ə deyib ki, birinci ledinin "dincəlməyə ehtiyacı var. Ümid edirik ki, o bazar ertəsi xəstəxananı tərk edəcək ".

Fransanın bulvar qəzetlərindən olan "Closer" yazıb ki, Fransa prezidenti ilə aktrisa Julie Gayet arasında romantik münasibətlər var və prezident tez-tez onun evinə baş çəkir.

Birinci ledi Trierweiler prezident Hollande ilə rəsmi nikahda deyil, amma birlikdə yaşayırlar. Xanım Trierweiler rəsmi tədbirlərə də qatılır. Onlar Trierweiler "Paris Match" jurnalında çalışarkən tanış olublar. O hələ də həmin jurnalda çalışır. 59 yaşlı Hollande arvadı Segolene Royal-ı (onların dörd övladı var) 2012-ci ilin prezident seçkiləri ərəfəsində tərk edib - 48 yaşlı Trierweiler-ə görə.

İddiaya görə, Hollande prezident sarayının arxa qapısından çıxaraq cangüdəninin motosikletində aktrisanın yaşadığı mənzilə gedirmiş. Bir dəfə səhər cangüdən aktrisaya kruassan da gətiribmiş.

Hollande aktrisa ilə heç bir əlaqəsi olmadığını, "şəxsi həyatınna müdaxilə edildiyini" söyləyib və qəzeti məhkəmə ilə hədələyib.
Julie Gayet Cannes festivalında, 20 may 2013

Julie Gayet Cannes festivalında, 20 may 2013


Qəzet prezidentin aktrisa ilə əlaqəsinə dair məqaləni tam şəkildə bazar ertəsi çap edəcəyini bildirib, qalmaqala səbəb olan isə - həmin məqalədən seçmələrin qəzetin saytına yerləşdirilməsidir.

42 yaşlı aktrisa indiyəcən onlarla rolda çəkilib, Brüssel və Tokiodakı beynəlxalq film festivallarında mükafat qazanıb.

Bundan başqa özünü film prodüserliyində, rejissorluqda və müğənnilikdə də sınayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG