Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:06

ABŞ-ın hava zərbələri ancaq İŞİDə qarşı deyil


ABŞ İslam Dövləti yaraqlılarının Suriyadakı mövqelərini bombalayıb
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

ABŞ İslam Dövləti yaraqlılarının Suriyadakı mövqelərini bombalayıb

-

Frud Bezhan

İndiyə qədər ABŞ-ın rəhbərliyi altında koalisiyanın Suriya və İraqdakı hava zərbələrinin İŞİD-ə qarşı yönəldiyi bildirlirdi. Lakin bu həftə başqa bir ekstremist qruplaşmanın da adı hallanmağa başladı. Məlum oldu ki, Suriyanın şimal-qərbinə endirilən raket zərbələrinin hədəfində Xorasan qrupuna məxsus mövqelər və təlim-məşq düşərgələri də olub.

Əslində, ABŞ rəsmiləri hələ hava reydlərindən əvvəl xəbərdarlıq etmişdilər ki, əl-Qaedanın qollarından biri olan Xorasan qrupu Avropa və Amerikada terror hücumları planlaşdırır.

Bəs Xorasan nədir, onun İŞİD yaraqlıalrı ilə nə əlaqəsi?

Suriyanın Türkiyə ilə həmsərhəd şimal-qərbində, Hələb şəhəri yaxınlığında qərarlaşan Xorasan radikal islamçı qrup olsa da, İŞİD-dən fərqli olaraq, kölgədə qalmağa üstünlük verir.

ABŞ Dövlət Departamentinin fikrincə, Xorasan qrupu “köhnə əl-Qaeda veteranlarının şəbəkəsidir”. Belə bir ehtimal var ki, qrup Yaxın Şərq, Cənubi Asiya və Şimali Afrikadakı əl-Qaeda yaraqlılarından təşkil olunub. ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Ben Rhodes-in fikrincə, Xorasan əl-Qaedanın Əfqanıstan və Pakistan üzvlərindən ibarət döyüşçülərdən ibarətdir.

Nümayəndələr palatasının kəşfiyyat komitəsinə sədrlik edən ABŞ konqresmeni Mike Rogers, sentyabrın 21-də verdiyi bəyanatda deyib ki, “əl-Qaedanın öncül əməliyyatçılarından” ibarət olan qrup bu terror şəbəkəsinin Yəmən və Ərəbistan yarımadasındakı başqa qolları ilə birləşərək bomba istehsalı və təyyarələrin vurulub salınması işləyir.

XORASAN - ƏL-QAEDANIN SURİYA QANADI

Pentaqon Xorasanı əl-Nüsrə cəbhəsindən qopmuş təşkilat, əl-Qaedanın Suriyadakı qolu adlandırır. Əl-Nüsrə Cəbhəsi Suriya hökumətinə qarşı döyüşən ən qəddar və ən səmərəli qruplaşmalardan sayılır. Lakin bildirilir ki, son bir ildə əl-Nüsrənin əcnəbi yaraqlılarının çoxu İŞİD-in sıralarına keçib.

Ekspertlər Xorasan qrupunun yaranma tarixi, qruplaşmadakı yaraqlıların sayı haqda fikir yürüdə bilmirlər. .

ABŞ Xorasan qrupunu nə üçün hədəfləyir?

Vaşinqton əmindir ki, qrup Suriyadakı münaqişədən Qərb üzərinə hücumlar təşkil etmək üçün tramplin kimi istifadə edir. Pentaqonun sözçüsü, kontr-admiral John Kirby sentyabrın 23-də “Alhurra”ya deyib ki, Avropa və ya Amerikada hücumlar təşkil etməyə hazırlaşan Xorasan qrupu terror

Xorasan terror qrupunun ehtimal olunan lideri Mohsen al-Fadhli, şəkil 12 il əvvəl Küveyt qəzetində dərc olunub
Xorasan terror qrupunun ehtimal olunan lideri Mohsen al-Fadhli, şəkil 12 il əvvəl Küveyt qəzetində dərc olunub

planlaşdırmasının son mərhələsimndə imiş.

ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin əməliyyatlar üzrə rəhbəri general-leytenant William Mayville deyib ki, Xorasanı nə Suriya xalqı, nə də Bashar al-Assad-ın rejimi maraqlandırır.

“Onlar Qərbə hücumlar təşkil etmək məqsədilə Suriyada kök salmağa çalışırlar – Mayville deyir.

Onun fikrincə, Xorasan əcnəbi döyüşçüləri sıralarına çəkməyə cəhd göstərir ki, sonradan, onlar vətənlərinə qayıtdıqda onlardan basqınların təşkilində istifadə etsin.

Milli Kəşfiyyat İdarəsinin direktoru James Clapper ötən həftənin sonunda bildirib ki, Xorasan İŞİD qədər böyük təhlükə təşkil edir.

Qrupa kim rəhbərlik edir?

Xorasana 33 yaşlı Küveyt vətəndaşı Muhsin al-Fadhli rəhbərlik edir. Onun son vaxtlaradək İranda yaşadığı və orada Suriyadakı əl-Qaeda üzvləri üçün pul topladığı ehtimal olunur.

Ekspertlər deyirlər ki, Xorasanın adı hazırki İran ərazisində yerləşən, tarixən İranı, Əfqanıstanı və Mərkəzi Asiyanı birləşdirən coğrafi regionun adı ilə bağlı ola bilər.

Vaşiqnton bir onillikdir ki, əl-Qaeda veteranlarından biri Fadhlinin izlənməsi ilə məşğuldur. Dövlət Departamenti onu əl-Qaedanın “baş əlaqələndiricisi və maliyyəçisi” adlandırıb və 2012-ci ildə onun harada olduğu barədə informasiya üçün 7 milyon dollar mükafat təyin edib.

Dövlət Departamentinin bəyanatına görə, Fadhli əl-Qaedaya kömək edib ki, Pakistandakı yaraqlılarını İraq və Türkiyə ərazisindən Avropaya, Şimali Afrikaya və Suriyaya keçirməkdə yardım göstərib.

Bin-Ladenin sağ əli, Çeçenistanda təlimlər...

Vaxtilə Əfqanıstanda döyüşən Fadhinin Əl Qaedanın banisi Osama bin Ladenə yaxın olduğu deyilir. BMT-də onu əl-Qaeda şəbəkəsinin “cangüdəni və əl-Qaeda şəbəkəsi komandanının sağ əli” adlandırlar. Al-Fadhli həmçinin Çeçenistanda Rusiya qüvvələrinə qarşı vuruşub, orada döyüşçülər üçün odlu silahlardan, təyyarə vuran mobil raketlərdən və partladıcılardan istifadə üzrə təlimlər keçib. Al-Fadhli İraqda al-Zawahiri qruplaşmalarının əlaqələndiricisi olub və oradakı yaraqlılara dəstək verib.

Terrorçu fəaliyyətləri maliyyələşdirmək üçün fondtoplama işinə görə salındığı Küveyt həbsxanasındakı qısa fasilədən sonra Fadhli İrana gedib və Abrahms-ın dediyinə görə orada əl-Qaedanın yerli başçısı kimi fəaliyyət göstərib. Son üç ildə Fadhli Suriyaya gəlib və deyilənlərə görə hazırda orada yaşayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG