Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

ABŞ Suriyada İD yaraqlılarına zərbələr endirir


ABŞ hərbçisi
ABŞ hərbçisi

-
Dəməşq bildirib ki, Vaşinqton zərbələrə başlamazdan öncə Suriyanın BMT-dəki səfirini məlumatlandırıb

Pentaqon bildirir ki, Birləşmiş Ştatlar və “tərəfdaş ölkə qüvvələri” Suriyadakı şübhəli İslam Dövləti hədəflərinə hava zərbələrinə başlayıb. Pentaqon əməliyyatların davam etdiyini bildirir. Əməliyyatlara qırıcı təyyarələr, bombardmançılar, Tomahawk raketləri daxildir.

Pentaqon sözçüsünün məlumatına görə, Suriyadakı hədəfləri vurmaq qərarını ABŞ ordusu sentyabrın 22-də verib. Bu, hücumlar prezident Barack Obamanın iki həftə öncə başlatdığı genişləndirilmiş hərbi kampaniyanın bir hissəsidir. Məqsəd İslam Dövləti yaraqlılarını dağıtmaqdır.

SURİYA MƏLUMATLANDIRILIB

Dəməşq bildirib ki, Vaşinqton zərbələrə başlamazdan öncə Suriyanın BMT-dəki səfirini məlumatlandırıb.

John Kirby
John Kirby

Pentaqon sözçüsü John Kirby detalları açıqlamayıb, əməliyyatda iştirak edən ölkələrin adlarını da çəkməyib.

Ancaq ABŞ mediası adlarını çəkmədiyi rəsmilərə istinadla yazır ki, digər dövlətlər Bəhreyn, Qatar, Səudiyyə ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləridir. Ancaq bu tərəfdaşların əməliyyatda rolunun nədən ibarət olduğu açıqlanmır.

ABŞ rəsmiləri bildirib ki, Tomahawk raketləri ABŞ-ın Fars Körfəzi və Qırmızı Dənizdəki gəmilərindən atılıb.

AP xəbər agentliyinə görə, hava zərbələrindən bəziləri İslam Dövləti qruplaşmasının Suriyanın şimal-şərqində, Raqqadakı hədəflərinə endirilib.

31 MİNİN ÜÇDƏ İKİSİ SURİYADADIR

Hərbi liderlər bildirir ki, 31 min İD yaraqlısından üçdə ikisi Suriyadadır.

Avqustun əvvəlindən ABŞ İraq daxilinə 190 hava zərbəsi endirib.

Fransa həmin hücumlara qoşulan yeganə ölkə olub.

İD Suriya ərazisində, İraqın şimalı və qərbinə doğru böyük əraziləri ələ keçirib. Onlar minlərlə adamı qətlə yetirib, iki ABŞ jurnalisti və Britaniyalı humanitar işçisi daxil olmaqla bir neçə qərblinin başını kəsib.

XS
SM
MD
LG