Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

-

Gürcüstan suriyalı yaraqlılara təlim düşərgəsi təklif edir.

ABŞ-da 25 yaşdan yuxarı 42 milyon adam heç vaxt evli olmayıb.

İslam Dövləti yaraqlıları Pakistana yayılır.

Məşhur investorun fikrincə, bazarlar Ukrayna böhranını lazımınca qiymətləndirmir, bu böhran Avropa iqtisadiyyatını tənəzzülə apara bilər.

Dünya mediası bu gün nədən yazır?

Foreign Policy məcmuəsi yazır ki, Gürcüstan Suriyalı yaraqlılara təlim düşərgəsi təklif edir. Ağ Evin hazırda Səudiyyə Ərəbistanında 5 min Suriya yaraqlısına təlim keçmək planı var, əgər Gürcüstanın təklifi qəbul olunsa,

bu, həm ABŞ-ın mövcud planına dəstək olacaq, həm də Gürcüstanın İslam Dövləti yaraqlıları əleyhinə koalisiyada rolunu artıracaq.

Gürcüstanın ABŞ-dakı səfiri Foreign Policy-yə Gürcüstanın belə bir təklif verdiyini təsdqiləyib, ancaq deyib ki, bu təklifə hələ baxılır.

Gürcüstan belə bir təklifi niyə verir? Təkcə ona görə yox ki, Gürcüstan NATO-ya daxil olmaq istəyir. Həm də ona görə ki, Gürcüstan İslam Dövləti yaraqlılarından potensial təhlükə hiss edir. Çünki İslam Dövləti yaraqlıları arasında Qafqazdan olanlar var. Onlardan biri, İslam Dövləti yarqaqlılarının tanınmış komandiri Omar al-Shishani Gürcüstanın Pankisi dərəsindəndir.

Karnegi fondunun eksperti Thomas de Waal deyir ki, əgər bu yaraqlılar bir gün geri qayıtsa bunun partlayış effekti olacaq.

HƏLƏ BU QƏDƏR SUBAY OLMAMIŞDI

ABŞ-da hələ heç vaxt indiki qədər subay, ervlənməyən adam olmayıb. Bunu Pew Araşdırma Mərkəzi bildirir.

ABŞ-da yaşlı əhalinin 20 faizi, yəni 42 milyon adam heç vaxt evli olmayıb.

Sorğular 2012-ci ilə aiddir, indiyə kimi sorğuların nəticələri ümumiləşdirilirdi.

Beləliklə, ABŞ-da 2012-ci ildə 25 yaşdan yuxarı kişilərin 23 faizi, qadınların 17 faizi heç vaxt evli olmayıb.

Ekspertlərin fikrincə, bu, böyük demoqrafik və sosial dəyişikliyi göstərir.

1960-cı ildə 25 yaşdan yuxarı kişilərin 10 faizi, qadınların 8 faizi heç vaxt evlənməmişdi.

İndiki təmauyül ən qabarıq şəkildə özünü qara dərili amerikalılar arasında göstərir. 2012-ci ildə qara dərili amerikalı kişilərin 36 faizi heç vaxt evlənməmişdi.

Bu da 1960-cı il göstəricisindən 4 dəfə çoxdur.

İspandillilər arasında evli olmaynalar 26 faiz, ağ dərili amerikalılar arasında 16 faizdir.

Evlənməyənlərin 53 faizi deyib ki, onlar əslində evlənmək istərdilər. Bu da 1960-cı ildəkindən azdır. 1960-cı ildə evlənməyənlərin 61 faizi evlənmək istədiyini deyirdi.

Hazırda ABŞ-da evlənənlər arasında orta yaş kişilər üçün 29, qadınlar üçün 27-dir. 1960-cı ildə kişilər orta hesabla 23, qadınlar 20 yaşında evlənirdi.

İD PAKİSTANA GƏLİB

New Republic məcmuəsi yazır ki, İslam Dövləti təşkilatı Pakistana sirayət edir. Sentyabr ayında onlarla yaraqlı Əfqanıstandan Pakistana keçdi. Onlar əfqan qaçqınları üçün düşərgələrdə, Pakistanın mədrəsələrində vərəqələr yayırdı.

Puştu, dari və fars dillərində olan vərəqələrdə mətn fəth sözü ilə bağlanırdı. Vərəqələrdə deyilirdi ki, hər bir müsəlman Xəlifənin əmrlərini yerinə yetirməlidir və İslam Dövlətinin düşmənlərə qarşı mübarizəsinə bacardığı qədər kömək etməlidir.

Vərəqələrdə həmçinin deyilirdi ki, islamın dirçəldilməsi yalnız jihadla mümkündür və müsəlmanlarla kafirlər arasında son dava qaçılmazdır.

Əl-Qaidanın keçmiş döyüşçüsü, Suriyadan yenicə qayıtmış 32 yaşlı Javed İqbal bu vərəqələri yaymağa kömək edib. O deyir ki, “ABŞ müsəlman torpaqlarına təcavüz etdi. Biz də öz gücümüzdən istifadə edib, onlara təcavüz edəcəyik”.

Məcmuə yazır ki, İslam dövlətinin Pakistana gəlməsi çox təhlükəlidir. Çünki bura terrorizm və yaraqlı mübarizəyə münbit zəmindir. Dünyanın ən azı 48 jihadçı qrupunun vətəni Pakistandır.

İslam Dövləti yaraqlılarının Pakistanda güclənməyini hətta

Kəşmirdəki Hindistan ordusu da qeyd edir. Pakistanla sərthəddə olan Kəşmirdə anti-terror əməliyyatı aparan Hindoistan hərbçiləri iyun ayından bəri İslam Dövləti bayraqlarının və şüarlarının geniş yayılmağa başladığını deyirlər.

UKRAYNA BÖHRANI DÜŞÜNÜLDÜYÜNDƏN TƏHLÜKƏLİ OLA BİLƏR

Dünyanın ən böyük sığorta şirkəti Allianz SE-nin baş iqtisadi müşaviri El-Erian Reutersə deyib ki, qlobal bazarlar Ukrayna böhranının risklərini tam qiymətləndirmirlər. Bu böhran Avropanı iqtisadi tənəzzülə apara bilər.

Uğurlu investor El-Erian vaxtilə Harvard Universiteti fondunun rəhbəri olub, sonra dünyanın ən böyük fondunda – 2 trilyon dollarlıq vəsaiti idarə edən Pimco-da işləyib. İndi isə Allianza keçib.

El-Erian deyir ki, Ukraynada vəziyyət yenə qızışa bilər, bunun bir neçə variantı var.

Avropa ilə Rusiya bir-birinə qarşı 1-2 dəfə də sanskiya qoysa, onda Avropa iqtisadiyyatı tənəzzülə gedəcək.

El-Erianın fikrincə, Ukrayna böhranında hər 3 tərəfi- Ukraynanı, Rusiyanı və Qərbi təmin edən həll variantını tapmaq isə çox çətindir.

O deyir ki, bazarlar geosiyasi məsələlərə çox az diqqət yetirir.

Onun fikrincə, hazırda səhmlərin bazar qiymətləri onların real qiymətindən çox yuxarıdır və Ukrayna böhranı qızışsa səhmlərin qiymətləri çox asanlıqla və kəskin şəkildə aşağı düşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG