Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Suriyaya hava zərbələri Türkiyə ilə sərhədə də dəyib


Britaniyada mənzillənən monitorinq qrupu deyir ki, ötən gecə Suriyada İslam Dövləti qruplaşmasının tutduğu əraziyə endirilən hava zərbələri Türkiyə sərhədi yaxınlığına dəyib.

Suriya İnsan Hüquqları Observatoriyasının rəhbəri Rami Abdulrahman deyib ki, Ayn al-Arab kimi tanınan Kobani şəhərinin qərbinə hücum edən hərbi təyyarələr Türkiyə istiqamətindən gəlib. Observatoriya hazırda Suriya ərazisindəki fəallardan informasiya toplayır.

ABŞ-ın rəhbərlik etdiyi alyans sentyabrın 23-də Suriyada İD mövqelərinə hava zərbələrinə başlayıb.

Ötən həftə İD Kobani şəhərinə hücuma keçib, 130 mindən çox kürd qaçmağa məcbur olub.

XS
SM
MD
LG