Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:05

Amnesty İnternational İlqar Nəsibova görə bəyanat yaydı


Jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov
Jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov

-

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova cinayət işi açılmasına dair açıqlama yayıb.

İlqar Nəsibov yüngül bədən xəsarəti yetirmədə ittiham olunur, ona cinayət işi açılıb. Belə ki, Nəsibova hücum etmiş Fərid Əsgərov ondan şikayət ərizəsi yazıb. Fərid Əsgərov İlqara deyib ki, “sən mənim ayağımı dabanınla əzmisən və əlimin çeçələ barmağını qırmısan”.

İlqar Nəsibova Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb. Eyni maddə ilə Nəsibovun döyülməsində əli olanlardan biri Fərid Əsgərov da cinayət işi açılmışdı.

Aİ inanır ki, İlqar Nəsibova ittihamlar quramadır. Qurum hakimiyyəti Nəsibova qarşı ittihamları ləğv etməyə; jurnalistə hücumu araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə; Azərbaycanda ifadə azadlığına hörmət edib bu hüququ təmin etməyə çağırır.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG