Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:43

-

“İlqar Nəsibov yüngül bədən xəsarəti yetirmədə ittiham olunur, ona cinayət işi açılıb”.

Bunu AzadlıqRadiosuna onun xanımı Məlahət Nəsibova deyib. Məlahət Nəsibova bildirir ki, dünən- sentyabrın 20-də İlqar Nəsibov Naxçıvan şəhər polis idarəsinə üzləşmə üçün çağırılıb. Bu zaman ona bildiriblər ki, ona qarşı cinayət işi açılıb:

“İdarədə bildiriblər ki, Fərid Əsgərov ondan şikayət ərizəsi yazıb. İlqar Nəsibova deyiblər ki, həmin şikayət ərizəsini dəyərləndiriblər və eyni maddə ilə cinayət işi açıblar. Fərdir Əsgərov İlqara deyib ki, “sən mənim ayağımı dabanınla əzmisən və əlimin çeçələ barmağını qırıbsan”.

Məlahət Nəsibova deyib ki, "Bu çox gülünc iddiadır. Amma hər an hər şey ola bilər. Bu həbslə və ya bəzi qadağalarla nəticələnə bilər”.

Məlahət Nəsibova bildirir ki, müalicəsi üçün İlqar Nəsibov ölkə xaricinə çıxır. Açılan cinayət işinin həbs və ya qadağalarla nəticələnərsə bu da İlqar Nəsibova qarşı başqa işgəncə növü olacaq.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər onun üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

Daha sonra Naxçıvan hüquq-mühafizə orqanlarının zərərçəkənə verdiyi məlumata görə, hadisədə əli olanlardan biri Fərid Əsgərov saxlanılıb. Fərid Əsgərova CM 127.1-ci maddəsi ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG