Yasamal rayonu Qanli göl ətrafında məskunlaşmış məcburi köçkünlər sentyabrın 22-də etiraz aksiyası keçiriblər. Etirazın səbəbi yaşadıqları evlərinin söküləcəyi xəbəridir. Köçmək istəməyən sakinlər iki şərt irəli sürüb - ya evlər sökülməsin, ya da istədikləri kompensasiya verilsin.