Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Səməd Seyidov: «Görsünlər ki, bu regionda nələr baş verir?»


Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

-

«Azərbaycanda bizim üçün əsas olan 3 prinsip - demokratiya, insan haqları və qanunun aliliyi qorunub, qorunur və bundan sonra da qorunacaq».

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzalıqRadiosunun sualını cavablandırarkən belə deyib. Sual belə olub:

«Azərbaycanın AŞ-da nazirlər komitəsinə sədrlik etdiyi bir zamanda ölkədə müstəqil QHT rəhbərləri, hüquq müdafiəçiləri həbs edilir. Beynəlxalq təşkilatlar bunu siyasi motivli adlandırır və Azərbaycanı Avropa qarşısında götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edir. Sizin bu məsələyə münasibətiniz?»

Səməd Seyidovun tam cavabı belə olub: «Əvvəla istintaq gedir. İkincisi, həm Avropa, həm dünya dəyərlərinin ən yüksək səviyyədə şahidiyik. Heç kim deyə bilməz ki, hansısa siyasi motivlərlə və ya başqa motivlərlə həbslər gedib. Hər bir həbsin arxasında konkret sənədlər, konkret faktlar var. İstintaq davam edir. Heç kimin istintaqa müdaxilə etmək ixtiyarı yoxdur. Ona görə, beynəlxalq təşkilatlar belə məsələləri qaldıranda biz buna dərhal reaksiya verməliyik. Belə məsələləri qaldıran həm nümayəndələr, həm ölkələr əvvəlcə öz ölkələrində gedən prosesləri təhlil etsinlər. İkili standartları kənara qoysunlar və sadəcə bir gözlə bu bölgəyə, bu regiona baxsınlar.

Görsünlər ki, bu regionda nələr baş verir. Cənubda, şimalda, şərqdə, qərbdə müharibələr, insan ölümləri, qeyri-sabitlik, insan haqlarına hörmətsizlik və s var. Azərbaycanda isə özünüz də şahidisiniz ki, hansı mərkəzlər açılır, təhsilə hansı diqqət yetirilir. Həm iqtidar, həm müxalifət, həm Azərbaycanın təhsil sistemində çalışanlar, həm sıravi vətəndaşlar, həm beynəlxalq təşkilatlar birbaşa qeyd edirlər ki, bugün Azərbaycan ən inkişaf edən ölkələrdən biridir. Sizi maraqlandıran və bizim üçün əsas olan 3 prinsip - demokratiya, insan haqları və qanunun aliliyi qorunub, qorunur və bundan sonra da qorunacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG