Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

RATİ-nin əməkdaşı sərhəddən buraxılmadı


Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun hüquqşünası Günay İsmayılova

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun hüquqşünası Günay İsmayılova

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova ölkədən buraxılmayıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Günay İsmayılova deyir ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanına gedib: «ATƏT-in iki günlük seminarına qatılmalıydım. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar».

Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub: «Bu, qanunsuz göstərişdir. Ona görə də prokurorluğu məhkəməyə verəcəm».

Bundan əvvəl isə RATİ-nin digər əməkdaşı Əbülfət Namazovun ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.

RATİ-nin əməkdaşları isə istintaqa şahid qismində cəlb olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG