Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:43

Ukrayna müstəqilliyinin 23 illiyini qeyd edir


Ukrayna prezidenti Petro Poroshenko
Ukrayna prezidenti Petro Poroshenko

-

Avqustun 24-də Ukrayna müstəqilliyinin 23 ilini qeyd edir. Ölkənin şərqindəki gərginlik üzündən nisbətən məhdud mərasimlər keçirilir. Prezident Petro Poroshenko Kiyevin mərkəzində parada qatılıb. Parad Maidan kimi tanınan Müstəqillik Meydanında keçirilib.

Poroshenko bildirib ki, Ukrayna 2015-2017-ci illərdə ordunun yenidən silahlanmasına 3 milyard dollar xərcləyəcək.

YÜK MAŞINLARI GERİ QAYIDIB

Şənbə günü Rusiyadan yardım daşıyan yük maşınları geri qayıdıb. Rusiyanın birtərəfli şəkildə göndərdiyi yardım karvanı avqustun 22-də sərhədi keçib, Rusiya Ukraynanın prosesi yubatmasına görə səbrinin tükəndiyini bildirib. Ukrayna dərhal bu hərəkəti işğal adlandırıb.

Şənbə günü günortaya yaxın bütün maşınlar Rusiyaya qayıdıb. Bunu ATƏT təmsilçisi Donetskdə jurnalistlərə təsdiqləyib.

AP-nin sərhədin Ukrayna tərəfində olan müxbiri maşınların 40-nın içinə baxa bilib və onların boş olduğunu təsdiqləyib.

Rusiya yardım karvanında ancaq ərzaq, su və generatorların olduğunu deyirdi. Məqsəd onları yaraqlıların nəzarətində olan Luqanska çatdırmaq idi.

MERKELİN İKİ MƏQSƏDİ

Almaniyanın kansleri Angela Merkel Kiyevdə Ukrayna rəsmiləri ilə danışıqlardan sonra bildirib ki, münaqişənin dinc yolla həllinə ümid edir. Ukraynanın şərqindəki döyüşlərdə 2 mindən çox adam ölüb.

Diplomatların fikrincə, Merkel Kiyevə iki məqsədlə gəlib: Kiyevə dəstək nümayiş etdirmək və Poroshenkonu gələn həftə Minskdə Putinlə görüşdə sülh təkliflərinə açıq olmağa çağırmaq.

Merkel Kiyev və Moskva arasında sərhədin 2 min kilometrində, ATƏT-in monitorinqinə dair razılaşma təklif edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG