Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

Naxçıvan polisi jurnalistin döyülməsi ilə bağlı araşdırmaya başlayıb


Döyülən jurnalist İlqar Nəsibov

Döyülən jurnalist İlqar Nəsibov

Naxçıvan Şəhər Polis İdarəsi jurnalist İlqar Nəsibovun döyülməsi ilə bağlı təhqiqata başlayıb. Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, xəstəxanada müalicə olunan İlqar Nəsibovun izahatı alınıb, onun döyüldüyü ofisdə ekspertiza aparılır:

«İlqarın xəsarətləri ilə bağlı da tibbi ekspertiza aparılır. Onun qaşına və gözünün altına 5 tikiş vurulub. Bədənində sınıqlar var. İlqar onu vuranlardan birini tanıyıb. Adı Fəriddir. Əvvəldən tanıdığı şəxsdir. Həmin şəxs həmişə özünü müxalifətçi kimi göstərib. Görünür sonradan ələ alıblar. İlqara ilk zərbəni vuran da o olub. Bu haqda izahatında da yazıb. Hazırda ofisdə qan izlərinin ekspertizası aparılır».

Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov təhqiqata başladıqlarını təsdiqləsə də geniş məlumat vermək istəmədi.

İlqar Nəsibov həmçinin Naxçıvanda fəaliyyət göstərən, Məlahət Nəsibovanın rəhbəri olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Məlahət Nəsibova AzadlıqRadiosuna bildirib ki, avqustun 21-də axşam radələrində Fərid adlı şəxs İlqar Nəsibovu evdən çağıraraq mərkəzin ofisinə gəlməyini istəyib. Onun sözlərinə görə, Fərid bir neçə nəfərlə İlqar Nəsibovu ofisdə döyüblər. Məlahət Nəsibova həyat yoldaşının döyülməsini mərkəzin fəaliyyətinə təzyiq kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG