Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:41

Körpülərin eyni vaxtda inşası əlavə problemlər yaradır


2007-ci ilin sonuna qədər paytaxtda 9 yeni körpünün inşası planlaşdırılır
2007-ci ilin sonuna qədər paytaxtda 9 yeni körpünün inşası planlaşdırılır

Bakının tıxac problemini həll etmək üçün tikintisinə başlanan körpülər, qovşaqlar və keçidlərin indi özləri əlavə problemlər yaradır. Tikintilərin hamısının eyni vaxtda başlaması paytaxtda bir çox yolların ya bağlanmasına, ya da hərəkətin məhdudlaşdırılmasına səbəb olub. Nəticədə hərəkətin daha intensiv olduğu saatlarda Bakının mərkəzi hissəsində piyada 10-15 dəqiqəyə gedilməsi mümkün olan yolu-avtomobillə ən yaxşı halda 30-40 dəqiqəyə qət etmək olur. Körpülərin layihə və tikinti işlərinə nəzarət edən Nəqliyyat Nazirliyinin əməkdaşı Namiq Həsənov deyir ki, belə problemlərin yaranacağı nəzərə alınmışdı, amma başqa cür etmək, tikintiləri növbəylə başlamaq mümkünsüz idi: «Vəziyyət kritik həddə çata bilərdi».


Onun sözlərinə görə, uzağı bir ilə bütün bu tikintilər hamısı başa çatacaq.


Azad Nəqliyyatçılar Birliyin eksperti Səyavuş İsmayılov deyir ki, avtomobil körpüləri və qovşaqlar tikiləndən sonra da tıxac problemi aradan qalxmayacaq. Sadəcə, şəhərin mərkəzi hissəsinə girişlərdə yaranan tıxaclar bütün avtomobil axınlarının kəsişdiyi mərkəzə köçəcək

Bu ilin sonlarına yaxın isə bir neçə keçidlərin tamamlanmasıyla şəhərin mərkəzindəki yüklənmə aradan qaldırılacaq.


Amma Azad Nəqliyyatçılar Birliyindən Səyavuş İsmayılov deyir ki, avtomobil körpüləri və qovşaqlar tikiləndən sonra da tıxac problemi aradan qalxmayacaq. Sadəcə, şəhərin mərkəzi hissəsinə girişlərdə yaranan tıxaclar bütün avtomobil axınlarının kəsişdiyi mərkəzə köçəcək. Düzdür, bu fikirlə nə Nəqliyyat Nazirliyi, nə də Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəsmiləri razılaşmırlar. Nəqliyyat Nazirliyindən Namiq Həsənov: «Əksinə, şəhərin mərkəzində çıxış asanlaşacaq».


DYPİ-də şöbə müdiri Ərəstun Məcidovun sözlərinə görəsə, qovşaqların şəhərin mərkəzindəki yüklənməni artıracağı ehtimallarının müəyyən əsası ola bilərdi. Əgər, idarə bu ehtimalları nəzərə alıb, əlavə tədbirlər görməsəydi: «Bakıda hərəkəti nizamlayan mərkəzləşdirilmiş işıqfor və buraxıcı sistem qurulur. Bu, hərəkəti operativ nizamlayacaq».


2007-ci ilin sonuna qədər paytaxtda 9 yeni körpünün inşası planlaşdırılır. Nəqliyyat Nazirliyi şəhərdəki mikroavtobusların iritutumlu avtobuslarla əvəzlənəcəyini və bununla da tıxac probleminin kökündən həll ediləcəyini bildirir. Nazirlikdən bu işlərin ən uzağı 2007-ci ilin sonuna qədər tamamlanacağına söz verirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG