Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Media Hüququ İnstitutu fəaliyyətini dayandıracağını bildirir


Media Hüququ İnstitutu
Media Hüququ İnstitutu

-

Media Hüququ İnstitutu fəaliyyətini dayandırmaq ərəfəsindədir. Qurum avqustun 15-də yaydığı məlumatda belə bir addım atmasını sivil toplum quruluşlarının ağır durumu ilə əlaqələndirir:

«Son dönəmdə MHİ-nin fəaliyyətlərini dəstəkləyən donorlarla əlaqələrdə problemlər yaranıb, bu problemlərin çözülməsi güman olunmur. Bu səbəbdən MHİ, yəqin ki, apardığı məhkəmə işləri üzrə fəaliyyətləri davam etdirə bilməyəcək və çox güman ki, yaxın günlərdə bu sahədə fəaliyyətini dayandırmalı olacaq».

Məlumatda bir neçə jurnalistin institutun xidmətlərindən imtina etdiyi də vurğulanır:

«Bir neçə jurnalist, o cümlədən, müstəqil jurnalistlərdən Xədicə İsmayılova, Şahvələd Çobanoğlu Media Hüququ İnstitutunun, eləcə də MHİ ilə əməkdaşlıq etmiş hüquqşünasların hüquq xidmətlərindən imtina barədə açıqlama veriblər. MHİ həmin jurnalistlərin 10-dan çox işini Avropa Məhkəməsinə hazırlayıb. Yerli məhkəmələrdə də bir neçə işləri var. Bu işlər MHİ tərəfindən yüksək səviyyədə aparılıb. Ancaq MHİ-dən və onunla əməkdaşlıq etmiş hüquqşünaslardan imtina adıçəkilən jurnalistlərin seçimidir və onlar qısa zamanda məhkəmə işləri ilə bağlı sənədləri MHİ-nin ofisindən götürə bilərlər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG