Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

-

Media Hüququ İnstitutu son siyasi məhbus siyahısına imza atmayıb.

İnstitutun avqustun 9-da yaydığı məlumatda belə deyilir.

«Avqust ayının 9-da KİV-də siyasi məhbus siyahısı açıqlanıb. MHİ təəssüflə qeyd edir ki, dəqiqləşdirmə aparmadan həmin məhbus siyahısının MHİ tərəfindən dəstəkləndiyi də qeyd olunur.

MHİ bildirir ki, siyasi məhbuslar siyahısının hazırlanmasında, siyahıya daxil edilən şəxslərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə iştirak etməyib, yekun siyahıya imza atmayıb. Media Hüququ İnstitutu vurğulayır ki, MHİ mətbuat və ifadə azadlığı ilə bağlı məhkəmə işlərində jurnalist və bloqqerlərə hüquq yardım göstərir. Qurum yalnız elan olunmuş siyahıya adları daxil edilən jurnalist və bloqqerlərə qarşı irəli sürülmüş ittihamların, məhkəmə hökmlərinin mahiyyəti barədə bilgilidir» - Media Hüququ İnstitutunun açıqlamasında bildirilir.

Avqustun 8-də Azərbaycanda olan siyasi məhbusların son vahid siyahısı elan olunub. Hüquq müdafiəçiləri Leyla Yunusla Rəsul Cəfərovun hazırladığı həmin siyahıda 97 məhbusun adı yer alıb.

Hər iki hüquq müdafiəçisi həmin siyahını elan etmək ərəfəsində həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG