Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:08

Hər iki valideynin imtina etdiyi uşaqların qeydiyyata alınması qaydasına dəyişikliklər edilib.

Trend-in məlumatına görə, yeni dəyişikliyə görə tibb müəssisəsində doğulan valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisə tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməlidir.

Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməlidir.

Polis orqanı eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 iş günü müddətində komissiyaya məlumat verməlidir.

Müvafiq məlumat daxil olduqdan sonra komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 gün ərzində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG