Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50

-

Avqustun 21-də Rusiya Dövlət Tarix Muzeyində «I Dünya Müharibəsi – Rusiya imperiyasının son döyüşü» adlı sərgi açılacaq.

ITAR-TASS-ın xəbərinə görə, bu sərgidə çox nadir 800 eksponat təqdim ediləcək.

İki ildir hazırlıqları sürən, İngiltərə, Fransa və Almaniyanın da muzey və arxivlərinin qatıldığı bu sərgidə eksponatların 80 faizi ilk dəfə diqqətə yetiriləcək.

Tamaşaçılar I Dünya Müharibəsinin ümumi gedişini multimedia vasitəsi ilə izləyə biləcəklər. Foto və kino sənədlər, hadisələrin gedişini göstərən rəqəmli xəritələr amansız savaşın təsirli mənzərəsini yaradacaq. Nümayiş etdirilən plakatlar da bu mənzərənin yaradılmasında önəmli rol oynayacaq. İstər hərbi, istərsə xeyriyyə plakatları nümayişə çıxarılacaq.

Xatirə əşyaları sərginin daha bir diqqətçəkən məqamı olacaq.

General Aleksey Brusilovun mundiri, imperator II Nikolaya məxsus Britaniya ordusu marşalının mundiri və Böyük Britaniya kralı VII Eduardın komplektləşdirilmiş mundiri nümayiş olunacaq.

Sərgidə savaş qəhrəmanlarının portretlərinə də ayrıca bölmə ayrılacaq.

Rusiya Dövlət Tarix Muzeyi bu sərginin I Dünya Müharibəsi Muzeyinin yaradılmasına təkan verəcəyinə ümid edir.

Belə bir təcrübə var. «1812-ci il Muzeyi» artıq yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG