Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:12

Dünyanı dəyişən qətldən 100 il ötür - Fotolar


Vəliəhdi və onun xanımını öldürən Gavrilo Princip-in son günləri

Vəliəhdi və onun xanımını öldürən Gavrilo Princip-in son günləri

-

Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdu.

İyunun 28-i Avstriya-Macarıstan İmperiyasının vəliəhdi şahzadə Franz Ferdinandın və onun xanımı Sofia-nın qətlə yetirilməsinin 100-cü ildönümüdür.

Franz Ferdinand 1914-cü il iyunun 28-də Sarayevoya səfər edərkən serb milliyyətçisi Gavrilo Princip tərəfindən öldürülmüşdü.

Bundan sonra Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi, Belqradı bombaladı. Avqustun ilk həftəsində münaqişəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci Dünya müharibəsinə çevrildi.

Bosniya və Hersoqovina Avstriya-Macarıstan İmperiyası tərəfindən 1978-ci ildə işğal edilmişdi. 1908-ci ildə isə rəsmən İmperiyaya ilhaq olunmuşdu.

Princip işğala qarşı mübarizə aparan və Bosnya və Hersoqovinanın Serbiyaya birləşdirilməsi üçün çalışan "Gənc Bosniya" inqilabi təşkilatının üzvü idi.

Franz Ferdinand

Franz Ferdinand

Franz Ferdinand mötədil siyasətçi idi və bosniyalılara imperiya tərkibində muxtariyyət verilməsinə tərəfdar idi.

Və bununla serb millətçilərini daha da qıcıqlandırırdı.

1914-cü il iyunun 28-də "Gənc Bosniya"nın 6 üzvü (başda Danil İlich və G.Princip olmaqla) Franz Ferdinanda qarşı terror həyata keçirir.

Bombalar və revolverlərlə silahlanmış gənclər sübh tezdən planın icrasına başlayırlar.

Səhər vəliəhd və xanımının əyləşdiyi maşının da daxil olduğu avtomobil karvanı onları alqışlayan

Franz Ferdinand-ın qanlı uniforması

Franz Ferdinand-ın qanlı uniforması

kütlənin arasından ötərək Mərkəzi polis idarəsinin yanından keçəndə "gənc bosniya"çı Nedelko Chebrinovich karvana tərəf bomba atır.

Amma partlayış Ferdinanda xətər yetirmir.

Karvandakı üçüncü maşının (vəliəhd ikincidə idi) sürücüsü ölür, maşındakı digər şəxslər yaralanır.

Franz Ferdinand və həyat yoldaşı şəhər ratuşasını tərk edərkən. 28 iyun 2014

Franz Ferdinand və həyat yoldaşı şəhər ratuşasını tərk edərkən. 28 iyun 2014

Plana görə Chebrinovich bombanı atandan dərhal sonra zəhər içməli idi.

Amma zəhəri içsə də, zəhər təsirini göstərməmiş o, mədəsindəkiləri qaytarır.

Sağ qaldığını görən Chebrinovich çaya tullanır, amma dərhal ələ keçir, onu qəddarcasına döyüb avstriyalılara təhvil verirlər.

Gavrilo Princip həbc edilir, 28 iyun, 1914

Gavrilo Princip həbc edilir, 28 iyun, 1914

Vəliəhd ilk sui-qəsddən sağ çıxır.

"Gənc bocniya"çılar sui-qəsdin baş tutmamasına məyus olsalar da, dağılışmırlar.

Şəhər ratuşasına gedən Ferdinand orada nitqini bitirəndən sonra qərara alır ki, partlayışda yaralananlara baş çəkmək üçün xəstəxanaya getsin.

Yaxın ətrafı ona məsləhət görür ki, təhlükəsizlik tədbiri kimi yollardan bütün insanlar təmizlənsin.

Franz Ferdinand ailəsi ilə

Franz Ferdinand ailəsi ilə

"Siz düşünürsünüz ki, Sarayevoda qatillər qaynaşır" - deyə vəliəhd razılaşmır.

Amma hər ehtimala qarşı o, xəstəxanaya dolayı yolla gedir.

Yolu səhv salan sürücü geri qayıtmaq istəyəndə təsadüfən "gənc bosniya"çılardan biri vəliəhdin maşınını görür.

Bu, yaxınlıqdakı kafedə buderbrod yeyən Princip idi.

O yaxınlaşıb maşındakılara dalbadal atəş açır. Vəliəhd boynundan, sinəsindən, həyat yoldaşı qarnından ağır yaralanır.

Princip də Chebrinovich kimi zəhər içir, amma zəhər düzgün hazırlanmadığı üçün o da özünü öldürə bilmir,qusur. Tapança ilə özünü vurmağa macal

Vəliəhdin öldürüldüyü maşın Vyana Tarix Muzeyində

Vəliəhdin öldürüldüyü maşın Vyana Tarix Muzeyində

tapmamış onu da tutub silahını alırlar, qəddarcasına döyürlər.

Elə döyürlər ki, həbsxanada qolunu amputasiya etmək lazım gəlir.

Versiyalardan biri də budur ki, əslində sürücü yolu səhv salmayıb, o, sui-qəsdçilərlə əlbir olub.

Sui-qəsdçilərin məhkəməsi (Gavrilo Princip ortada)

Sui-qəsdçilərin məhkəməsi (Gavrilo Princip ortada)

"Gənc bosniya"çıların 6-nı da tutub mühakimə edirlər.

Onlar istintaqla əməkdaşlıqdan imtina edirlər, susurlar. Yalnız Danilo İlich-i sındırmaq mümkün olur.

O, sui-qəsd planı haqda hər şeyi müstəntiqlərə danışır.

Və onlara silahı Serbiya hökumətinin verdiyini bildirir.

Princip-in öldüyü kamera

Princip-in öldüyü kamera

Princip-i edam cəzasına məhkum etmirlər.

Onun 19 yaşı vardı və Avstriya-Macarıstan qanunlarına görə, həddi-buluğa çatmamış hesab edilirdi.

Princip-ə maksimum həbs cəzası - 20 il verirlər.

O, həbsxanada ağır şəraitdə saxlanır və 4 il sonra vərəmdən ölür.

Qətldən sonra Avstriya-Macarıstan Serbiyaya alçaldıcı ultimatum verir. Serbiya

Gavrilo Princip-in Sarayevodakı heykəli

Gavrilo Princip-in Sarayevodakı heykəli

ultimatumdakı bütün tələbləri yerinə yetirməyə razılıq verir.

Yalnız avstriyalıların insidentin təhqiqatında iştirakı tələbindən başqa.

Avstriya-Macarıstan Serbiyanı qeyri-səmimilikdə ittiham edir və ona müharibə elan edir.

Beləcə, bu qətl 2-ci Dünya Müharibəsinin başlanması üçün bəhanə olur.

Müharibənin nəticələrindən biri də Avstriya-Macarıstan İmperiyasının çöküşü olur - Gavrilo Princip-in ölümündən 6 ay sonra...

Princip Serbiyada milli qəhrəman sayılır. Serbiyanın paytaxtı Belqradda və başqa şəhərlərdə onun abidəsi ucaldılıb.

Qətlin 100-cü ildönümü isə bu il təntənə ilə qeyd edilir.

1-ci Dünya Müharibəsi 16 milyon insanın həyatına son qoyub...

Günün bütün mövzuları

XS
SM
MD
LG